Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüseyn Mahmud oğlu Mehdiyev — Azərbaycan kinorejissoru, təsvir rejissoru, ssenaristi, kinoprodüseri, "Azərkinovideo" İB-nin Baş direktor müavini (1993-2001), Az

Hüseyn Mehdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Hüseyn Mehdiyev

Hüseyn Mahmud oğlu Mehdiyev — Azərbaycan kinorejissoru, təsvir rejissoru, ssenaristi, kinoprodüseri, "Azərkinovideo" İB-nin Baş direktor müavini (1993-2001), Azərbaycanın Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri, Avropa Kino Akademiyasının üzvü.

Hüseyn Mehdiyev
Hüseyn Mahmud oğlu Mehdiyev
Doğum tarixi 19 mart 1945 (80 yaş)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Uşağı Nadir Mehdiyev
Fəaliyyəti rejissor, ssenarist, operator
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20002000
IMDb ID0575346
huseyn.az

Mündəricat

Həyatı

Hüseyn Mehdiyev 1945-ci il mart ayının 19-da Şəki şəhərində anadan olub. 1962-1967 – Azerbaycan Politexnik İnstitunda təhsil alıb. 1967-ci ildən 1972-yə qədər ölkənin qəzet və jurnallarında, əsasən “Qobustan” və “Ulduz” jurnallarında fotojurnalist qismində çalışıb. "Fotopoeziya" və "Musiqi etüdləri" adlı fotokitabları nəşr olunub.

1977-ci ildə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında təsvir rejissoru kimi fəaliyyətə başlayır. 1984-cü ildən həm də rejissor kimi fəaliyyət göstərir. Onun həm rejissor, həm də təsvir rejissoru kimi yaratdığı filmləri bir çox Beynəlxalq kinofestivallarda (Berlin,  Madrid, St. Petersburg, Moskva, Ankara, Vancuver, Daşkənd, Kair və s.). iştirak edib. 1993-ci ildən 2001-ci ilə qədər kinematoqrafiya sahəsini idarə edən “Azərkinovideo” İB-də Baş Direktor müavini vəzifəsində çalışmışdır. Bu ərəfədə onun təşəbbüsü ilə kinomuz üçün vacib olan iki qurumu: Dövlət Film Fondunu və Kinorejissorlar Gildiyasını yaradılmasını təşkil edib. 1999-cu ildən bu günə kimi Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədridir. “Beynəlxalq Audiovizual Festival” (2001-2008) və Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatı (2015-2018) layihələrinin müəllifi və rəhbəri olub.

Kinofestivallarda "Dissonans" filmi Baş mükafat "Qızıl medal", "Ancaq adanı özünlə apara bilməzsən" - Baş mükafat, "Özgə vaxt" filmi "Ən yaxşı rejissor" və "Ən yaxşı gənc aktyor" nominasiyaların və bir çox digər mükafatlara layiq görülüblər. Azərbaycanın Əməkdar incəsənət xadimidir və Avropa Kino Akademiyasının üzvüdir.

  • Şair Tofiq Mahmudun qardaşıdır.
  • Rəssam Rafiq Mehdiyevin qardaşıdır.
  • Badminton üzrə usta Lado Mehdiyevin qardaşıdır
  • Təsvir rejissoru Nadir Mehdiyevin atasıdır.

Filmoqrafiya

  1. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  2. Babamızın babasının babası (film, 1981)
  3. Böyük anda sadiqik (film, 1981)
  4. Brakonyer, yoxsa balıqçı? (film, 1991)
  5. Daha bir fənd (film, 1978)
  6. Diaqnoz (film, 1991)
  7. Diplom işi (film, 1979)
  8. Dissonans (film, 1978)
  9. Dostuma məktub (film, 1992)
  10. İşgüzar səfər (film, 1982)
  11. Qəm pəncərəsi (film, 1986)
  12. Qırmızıbayraqlı Azərbaycan (film, 1980)
  13. Qız qalası əfsanəsi (film, 1923) (bərpanın layihə rəhbəri)
  14. Qoca palıdın nağılı (film, 1984)
  15. Məkanın melodiyası (film, 2004)
  16. Mirzə Fətəli Axundov (film, 1982)
  17. Özgə vaxt (film, 1996)
  18. Səhnədə keçən həyat (film, 1991)
  19. Süd dişinin ağrısı (film, 1987)
  20. Süni bənövşələr (film, 2007)
  21. Şahid qız (film, 1990)
  22. Şəhərli biçinçilər (film, 1986)
  23. Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
  24. Tərlan Musayeva (film, 1980)
  25. Udi xalqı (film, 1993)
  26. Vah!.. (film, 1980)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hüseyn mehdiyev sözünün mənası, hüseyn mehdiyev haqqında məlumat. hüseyn mehdiyev nədir? hüseyn mehdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ölülər (opera)

  • Fevral 27, 2026

    Məcmu təklif

  • Fevral 23, 2026

    Manqan

  • Fevral 27, 2026

    Üşnəviyyə

  • Fevral 27, 2026

    Tachyglossus

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst