Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüseyn Abbas oğlu Abbaszadə (22 noyabr 1922, Bakı, Azərbaycan SSR, SSRİ – 12 dekabr 2007, Bakı) — Azərbaycan yazıçısı, ssenaristi, 1948-ci ildən AYİ-nin üzvü, A

Hüseyn Abbaszadə

  • Ana Səhifə
  • Vikipediya
  • Hüseyn Abbaszadə

Hüseyn Abbas oğlu Abbaszadə (22 noyabr 1922, Bakı, Azərbaycan SSR, SSRİ – 12 dekabr 2007, Bakı) — Azərbaycan yazıçısı, ssenaristi, 1948-ci ildən AYİ-nin üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1984), SSRİ Yazıçılar İttifaqının və ÜİHİŞ-nin mükafatı laureatı (1988), Azərbaycanın xalq yazıçısı (1991).

Hüseyn Abbaszadə
Doğum tarixi 22 noyabr 1922
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 12 dekabr 2007 (85 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Uşağı İlqar Abbaszadə
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 1941-ci ildən
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "Şöhrət" ordeni — 19971997
1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 19851985 "Qırmızı ulduz" ordeni "Qırmızı əmək bayrağı" ordeni — 19821982
"Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 19911991 Azərbaycan SSR Dövlət mükafatı — 19841984 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1979

Mündəricat

Həyatı

Hüseyn Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra II Dünya müharibəsinin başlanması ilə əlaqədar o, ordu sıralarına çağırılmışdır. Hüseyn Abbaszadə 1941–1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir.

Müharibədən qayıdan Hüseyn Abbaszadə 1945–1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə "Pioner" jurnalında şöbə müdiri, məsul katib kimi başlayan Hüseyn Abbaszadə 1958–1964-cü illərdə "Göyərçin" jurnalı redaksiyasında məsul katib, 1964–1966-cı illərdə baş redaktor, 1966–1971-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin, 1972–1975-ci illərdə isə yenidən "Göyərçin" jurnalının baş redaktoru olmuşdur. O, 1975–1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır.

Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, 60 ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş "General" romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir.

Hüseyn Abbaszadə qələminin məhsulu olan memuarlarda və publisistik məqalələrdə XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli simalarının işıqlı obrazları öz əksini tapmışdır. Onun Azərbaycan Yazıçılar İttifaqının katibi kimi uzun illər müasir ədəbi prosesin təşkili sahəsində əməyi də təqdirəlayiq olmuşdur.

Hüseyn Abbaszadənin Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, bir sıra hərbi orden və medallarla, habelə müstəqil Azərbaycanın ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 2002-ci ildən prezident təqaüdçüsü olub.

Hüseyn Abbaszadə 2007-ci il dekabrın 12-də Bakı şəhərində vəfat etmişdir.

Mükafatları

Ordenlər

  • "Qırmızı ulduz" ordeni
  • "Qırmızı əmək bayrağı" ordeni — 19.11.1982
  • I dərəcəli "Böyük Vətən müharibəsi" ordeni — 11.03.1985
  • "Şöhrət" ordeni — 22.11.1997

Fəxri adlar

  • Azərbaycan SSR əməkdar incəsənət xadimi — 30.07.1979
  • Azərbaycan Respublikasının xalq yazıçısı — 03.06.1991

Yaradıcılığı

Kitabları

  • General (1962)
  • Ləpədöyəndə (1965)
  • Onu tanımadılar (1967)
  • Qapı döyülür
  • Burulğanlar (1979)
  • Çəmbərəkənd balladası (1982)
  • Dünyadan gör necə insanlar gedib (2000)
  • Qayıdanlardan biri (2003)

Əsərləri

  • Əlibalanın ağır səfəri
  • Tələ
  • Burulğanlar
  • Dünyadan gör necə insanlar gedib
  • Qayıdanlardan biri
  • Ləpədöyəndə
  • Qaradağ əhvalatı
  • Evə kölgə düşür
  • Qapı döyülür
  • Mənsur

Müharibə mövzusuna həsr olunan əsərləri

  • Onu tanımadılar
  • Şokalad paylayan qız
  • Uzaqdan gələn qonaq
  • Dörd bazar günü
  • Haradansınız, müsyö Abel?
  • Barıt iyi

Filmoqrafiya

  1. Dənizə çıxmaq qorxuludur (film, 1973)
  2. Dörd bazar günü (film, 1975)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hüseyn Abbaszadə haqqında məlumat. Hüseyn Abbaszadə nədir? Hüseyn Abbaszadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Gürcülər

  • Fevral 27, 2026

    Corc Plantagenet

  • Fevral 27, 2026

    Qlüon

  • Fevral 27, 2026

    Vatt

  • Fevral 27, 2026

    Ərzincan bəyliyi

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst