Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüquq-mühafizə qüvvələri və ya asayiş keşikçiləri — qanunu pozanları müəyyən etmək, qarşısını almaq, islah etmək və ya cəzalandırmaq yolu ilə qanunun icrasını t

Hüquq-mühafizə qüvvələri

  • Ana Səhifə
  • Vikipediya
  • Hüquq-mühafizə qüvvələri

Hüquq-mühafizə qüvvələri və ya asayiş keşikçiləri — qanunu pozanları müəyyən etmək, qarşısını almaq, islah etmək və ya cəzalandırmaq yolu ilə qanunun icrasını təmin etmək üçün nəzərdə tutulmuş olan mütəşəkkil şəkildə fəaliyyət göstərən dövlət orqanlarının fəaliyyətidir. Bu terminə polislər, məhkəmələr və islah işləri daxildir.

Tayms Meydanında Nyu York Polis Departamentinin (NYPD) əməkdaşlarından informasiya əldə edən bir leytenant. NYPD, 2021-ci ilin nəticələrinə əsasən təxminən 35.000 zabitdən ibarət olan uniformalı qüvvələri ilə ABŞ-ın ən böyük polis qüvvəsi hesab olunur.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi əməkdaşları bir gəmiyə minərkən.
İndoneziya Milli Polis Məmurları piyada patrul zamanı.

Müasir dövlət hüquq qaydaları, ənənəvi və ya and içmiş olaraq və yaxud da, döş nişanı alaraq bu vəzifəyə təyin edilmiş olan və cinayət qanununu pozduğuna görə təqsirləndirilən şəxsi həbs edə bilən istənilən şəxsi, habelə qanunverici dövlət tərəfindən polis gücünə və ya səlahiyyətinə malik olan istənilən şəxsi hüquq-mühafizə orqanlarının çətiri altında birləşdirir.

Hüquq-mühafizə qüvvələri ən çox cinayətlərin qarşısının alınması və cəzalandırılması ilə məşğul olsalar da, cinayət xarakterli olmayan qayda və normaların pozuntularının qarşısını almaq məqsədilə azadlığın məhdudlaşdırılması, ev həbsi kimi daha yüngül sanksiyalar da tətbiq edə bilirlər.

Təşkilatlar

Ən tanınmış asayiş keşikçiləri polislər olsalar da, hüquq-mühafizə orqanlarında bu iş üçün təyin edilmiş olan fərqli və müxtəlif qruplar da mövcuddur.

Hüquq-mühafizə orqanları adətən konkret yurisdiksiya daxilində fəaliyyət göstərirlər. Bəzi hallarda yurisdiksiya təşkilatlarının səlahiyyətləri toqquşa bilir; məsələn, ABŞ-də hər bir ştatın özünün əyalət hüquq-mühafizə orqanları vardır, lakin Federal Təhqiqatlar Bürosu da istənilən ştatda baş verən müəyyən cinayət proseslərinə qarşı tədbirlər görə bilər. Cəmiyyətin müxtəlif ixtisaslaşdırılmış təbəqələrinin özlərinin daxili hüquq-mühafizə mexanizmləri mövcud ola bilər. Məsələn, hərbi təşkilatlarda hərbi polis buna nümunə kimi göstərilə bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hüquq-mühafizə qüvvələri haqqında məlumat. Hüquq-mühafizə qüvvələri nədir? Hüquq-mühafizə qüvvələri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zəngiçay

  • Fevral 27, 2026

    SOS

  • Fevral 25, 2026

    Atamız

  • Fevral 27, 2026

    Bar

  • Fevral 27, 2026

    Siren

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst