Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hübəl (ərəb. هبل‎) — ərəb bütü. O, Kəbənin içindəki və ətrafındakı bütlərin ən böyüyü idi. Hübəl insan formasında qırmızı əqiqdən düzəldilmişdi. Sağ qolu sınmış

Hübəl

  • Ana Səhifə
  • Vikipediya
  • Hübəl

Hübəl (ərəb. هبل‎) — ərəb bütü. O, Kəbənin içindəki və ətrafındakı bütlərin ən böyüyü idi. Hübəl insan formasında qırmızı əqiqdən düzəldilmişdi. Sağ qolu sınmış halda Qureyşə nəql edilən bu bütə, daha sonra qızıldan bir qol əlavə edilmişdir.

Hübəl
ərəb. هبل‎
Mifologiya ərəb
Yer Kəbənin içi
Cinsi kişi[d]
Dini mərkəz Məkkə

Mündəricat

Mənşə

Hübəlin Məkkəyə haradan və kim tərəfindən gətirildiyi mübahisəlidir. Hübəlin ilk dəfə Əmr ibn Lüheyy tərəfindən (III əsrin ortalarında) əl-Cəzirədəki Hit şəhərindən və ya Moavdan Məkkəyə gətirildiyi rəvayət edilib. Həmçinin Əmr ibn Lüheyy ərəbləri bütpərəstliyə təşviq etmiş və bütpərəstliyi ərəblər arasında yaymışdır. Lakin İbn əl-Kəlbi, Hübəlin ilk dəfə Hüzeymə ibn Müdrikə tərəfindən Kəbənin içinə qoyulduğunu, hətta ona "Hüzeymənin Hübəli" deyildiyini söyləyir. Yaqut isə Hübəlin Bəni Kinanənin bütü olduğunu qeyd edir. Hübəl adı, Hicrdə tapılan Nəbati kitabələrində Züşəra və Manutu (Mənat) ilə birlikdə çəkilir. Bəzi qərb mənbələrinə görə Hübəl ay tanrısının simvoludur. Digər tərəfdən Kəlb qəbiləsində Hübəl kəliməsi ilə nəsil və şəxs adlarının yaradılması bu bütün başlanğıcda Şimali Ərəbistan tanrılarından olduğunu və xaricdən Məkkəyə gətirildiyi etimallarını qüvvətləndirir.

Etimologiya

Ərəp dili nöqtəyi-nəzərindən kəlimənin yaranması və mənası da naməlumdur. Bu da həm Hübəlin, həm də onun adının yad olduğunu göstərir.

İnanc

Kəbənin içində yerləşdirilmiş Hübəlin önündə üzərlərində müxtəlif ifadələr (bəli, xeyir və s.) yazılmış 7 ədəd fal oxu var idi. Ərəblər bir işə (evlilik, dəfn və s.) başlamaq istədiklərində bu oxları çəkər, çəkilmiş oxa görə hərəkət edərdilər.

Kəbədə Hübələ edilən ibadətlər yaxşı təşkil olunmuşdu. Bir həcib onunla məşğul olur, onun adına gətirilən qurban və nəzirləri qəbul edir, fal oxlarını çəkirdi. Mənbələrin verdiyi məlumata görə Hübələ bir dəfəyə 700 dəvə qurban verilmişdi. Hübəl, Məkkənin fəthindən sonra digər bütlər kimi məhv edildi.

Həmçinin bax

  • Əmr ibn Lüheyy

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hübəl haqqında məlumat. Hübəl nədir? Hübəl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Türkmən atı

  • Fevral 23, 2026

    Kelt dilləri

  • Fevral 28, 2026

    Dəniz samuru

  • Fevral 27, 2026

    Arqun xan

  • Fevral 27, 2026

    Müəzzilər sülaləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst