Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hökm — təfəkkürün mürəkkəb formalarından biridir. Hökm predmetlərin mövcudluğunu, xassələrini, aralarındakı əlaqə və münasibətləri iqrar və ya inkar edən fikird

Hökm

  • Ana Səhifə
  • Vikipediya
  • Hökm

Hökm — təfəkkürün mürəkkəb formalarından biridir. Hökm predmetlərin mövcudluğunu, xassələrini, aralarındakı əlaqə və münasibətləri iqrar və ya inkar edən fikirdir ki, bu da doğru və yalan ola bilər.

Hökmün ümumi səciyyəsi

İnsan hökm vasitəsilə əldə etdiyi biliyi zənginləşdirir, möhkəmləndirir. Hökmlə anlayışın əlaqəsini təhlil etdikdə elm adamlarının əksəriyyətinin gəldiyi qərar bu olur ki, anlayış əslində hökmün ilkin zəminidir. Yəni hökmün tərkibi anlayışlardan ibarətdir.

Hökmün mühüm xassəsi onun iqrari (təstiqedici) və inkari (rəddedici) olmasıdır. Məsələn: "Buzqıran gəmilər mövcuddur" və "Bəzi cinayətlər qəsdən törədilən cinayətlər deyil". Hökmləri səciyyələndirərkən onun yalan və ya doğru olduğu qeyd olunmalıdır. Bəzi hökmlərsə qeyri-müəyyən kimi səciyyələnir ("Ayda həyat var"). Hökmlər quruluşca sadə və mürəkkəb olur.

Sadə hökmün tərkibi Sadə hökmlər subyekt, predikat və məntiqi bağlayıcıdan ibarət olur.

  • Hökmün subyekti — hökmün predikatı haqqında hər şeyi inkar və iqrar edən fikirdir. "S" hərfi ilə işarə edilir.
  • Hökmün predikatı — predmet haqqında iqrar və ya inkar edilən fikirdir. Qısa şəkildə "P" kimi işarə edilir.
  • Məntiqi bağlayıcı — hökmün subyekt və predikatını birləşdirən vasitədir.

Yazıda iqrari formada sadə hökmlər "S-P dir" , inkari formada "S-P deyil" kimi göstərilir. Mürəkkəb hökmlər isə bir neçə sadə hökmdən ibarət olur. Sadə hökmlər məntiqi bağlayıcılarla birləşərək mürəkkəb hökmü yaradırlar. Sadə hökmlər kimi mürəkkəb hökmlər də doğru və yalan ola bilər. Məntiqi bağlayıcıların növlərinə əsasən mürəkkəb hökmlər 3 yerə ayrılırlar: konyunktiv (birləşdirici), dizyunktiv (bölüşdürücü) və implikativ (şərti).

Ədəbiyyat

  • İsrafilov M. "Məntiq kursu", Bakı, "Turan" nəşrlər evi-2001, 534s.
  • Zeynəddin Hacıyev. "Məntiq". Bakı, "Təhsil" NPM, 2007, 240s.


П: "Fəlsəfə" portalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hökm haqqında məlumat. Hökm nədir? Hökm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Anneksiya

  • Fevral 27, 2026

    Avrasiya Akademiyası

  • Fevral 27, 2026

    Platanaceae

  • Fevral 27, 2026

    Fərəc Qarayev

  • Fevral 27, 2026

    İskəndəriyyəli Diofant

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst