Hoçaz — Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kənd inzibati ərazi dairəsində kənd.
| Hoçaz | |
|---|---|
| 39°40′31″ şm. e. 46°27′27″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Şərqi Zəngəzur iqtisadi rayonu |
| Rayon | Laçın rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Hoçaz | |
Etimologiyası
Kəndin qərbində Hocazdaşı adlı dağ da var. Kənd öz adını eyniadlı çaydan almışdır.
Tarixi
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəndi işğal etdikdən sonra kəndin təqribən 50%-dən çox yaşayış evləri dağıdılmışdır. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Coğrafiyası və iqlimi
Kənd Hocaz çayının sahilində, Qarabağ yaylasındadır.
Əhalisi
Azərbaycan Nazirlər Kabineti yanında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun eksperti Faiq İsmayılovun məlumatına görə, kəndin əhalisi bütün dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur.
Tanınmışları
- Rövşən Cavadov (1951–1995) — Daxili işlər Nazirinin keçmiş müavini, Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) keçmiş komandiri.
- Azər Məmmədov (1954–) — Laçın rayon İcra Hakimiyyətinin başçısı.
- Xıdır Bəylərov (1926–2011) — Laçın rayon Soveti İcraiyyə Komitəsi sədri.
- Vüqar Novruzov (1962–) — Hüquq elmləri doktoru, Moldova Azərbaycanlıları Konqresinin sədri
- Şərahil Laçın — Avrasiya Yazarlar Birliyinin üzvü, şair.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hoçaz haqqında məlumat. Hoçaz nədir? Hoçaz nə deməkdir?
