Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hilal (Aypara) taktikası, Turan taktikası və ya Qurd qapanı (tələsi) — düşməni çevrələyərək yox etməyi məqsəd qoyan bir hərbi taktika. Türk dövlətləri tərəfində

Hilal taktikası

  • Ana Səhifə
  • Vikipediya
  • Hilal taktikası

Hilal (Aypara) taktikası, Turan taktikası və ya Qurd qapanı (tələsi) — düşməni çevrələyərək yox etməyi məqsəd qoyan bir hərbi taktika. Türk dövlətləri tərəfindən sıxlıqla istifadə edilərdi. Bu taktika meydan döyüşlərində təsirli idi və iki mərhələli olaraq tətbiq olunardı:

  • Saxta ricat (ricat — geri çəkilmə);
  • Pusqu.

Ordu, döyüş anında mərkəz, sağ və sol olmaq üzrə üç hissəyə ayrılardı. Mərkəz qüvvətləri düşmənə hücum edər, bir müddət sonra hücum edən bu qüvvələr, qaçar kimi geri çəkilərdi. Bunu edərkən də at üzərində ox atmaq surətiylə döyüşə davam edərdilər. Beləcə geri çəkilən əsgərlərin arxasından gələn düşmən, ordunun sağ və sol qisimi tərəfindən tələ qurulan yerə çəkilər, çevrə içinə alınaraq məhv edilərdi.

Ordu, təməldə üçə ayrılar və mərkəzə ən seçmə qüvvələr toplanar. Sağ və sol cinah mərkəzdən tamamilə ayrılmamaqla birlikdə araya məsafə qoyar. Mərkəzdəki qüvvələr sürətli bir vur qaç (ümumiyyətlə mizraqlı ya da atlı qüvvətlər ilə) düşmənin mərkəz safını fayda və düşmənin sağ və sol qanadlarının ordunun bölünməməsi adına mərkəzə sürüşməsini təmin edər. Bunun üzərinə araya məsafə qoyulan sağ və sol cinahdakı əsgərlər düşmənin qanadlarında buraxılan boşluqlara doğru sürətli hücum edərək düşməni ordunun meydana gətirdiyi ayparanın tam ortasına alardı. Vur qaç etmiş olan mərkəz qüvvə də, sağ və sol ceinahın əhatə etməsiylə birlikdə, qaçmağı buraxıb mərkəzdəki yerini alar düşmən ordusunu tam bir mühasirəyə götürərdi. Edilməsi olduqca çətin olmaqla birlikdə qəti nəticə verməsiylə bilinən və Türk ordularının tətbiq etdiyi, az qüvvələrlə yüksək saylı düşmənlərin yenilə biləcəyi bir taktikadır. Bu döyüş strategiyasını tarixdə ən yaxşı şəkildə tətbiq etmiş komandirlər:

  • Çin və Böyük Hun imperiyası - Mete xan
  • Osmanlı və Çar Rusiyasına yürüşlərində - Nadir şah Əfşar
  • Malazgird döyüşü - Alp Arslan
  • Mohaç döyüşü (1526) - Sultan Süleyman Qanuni

Parfiya və Roma arasında baş vermiş Karra döyüşündə parfiyalılar Hilal (Turan) taktikası sayəsində qalib olmuşlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hilal taktikası sözünün mənası, hilal taktikası haqqında məlumat. hilal taktikası nədir? hilal taktikası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Buxar qazanı

  • Fevral 23, 2026

    Pyotr Çaykovski

  • Fevral 28, 2026

    Xartiya (sənəd)

  • Fevral 23, 2026

    Maybach

  • Fevral 27, 2026

    İlteriş xaqan

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst