Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hiei Dağı (yap. 比叡山) — Yaponiyada, Kioto şəhərinin şimal-şərqində, Kioto və Şiqa prefekturalarının ərazisində dağ. Dağ Biva gölünün və Otsu şəhərinin üzərində y

Hiey dağı

  • Ana Səhifə
  • Vikipediya
  • Hiey dağı

Hiei Dağı (yap. 比叡山) — Yaponiyada, Kioto şəhərinin şimal-şərqində, Kioto və Şiqa prefekturalarının ərazisində dağ. Dağ Biva gölünün və Otsu şəhərinin üzərində yerləşir.

Hiey dağı
比叡山
Ümumi məlumatlar
Mütləq hündürlüyü 848,1 m
Yerləşməsi
35°04′00″ şm. e. 135°50′18″ ş. u.HGYO
Ölkə
  •  Yaponiya
Hiey dağı xəritədə
Hiey dağı
Hiey dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Hiei dağının relyef xəritəsi

VII-ci əsrin sonlarında burada Tenday məktəbinin UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olan Enryakuji məbədi qurulmuşdu. O vaxtdan ölkənin dini mərkəzlərindən biri sayılır.

Dağda Botanika bağı və istirahət parkı, zirvənin yaxınlığında isə Enryaku-ji adlı böyük Buddist monastırı var. Dağın ətəyində Şinto ziyarətgahı Hiyoşi-taişa və böyük Buddist monastırı Mii-dera yerləşir. Enryaku-ji bu günə qədər Tenday məktəbinin mərkəzidir.

Burada daha kiçik məbədlər və ziyarətgahlar da var.

Mündəricat

Kanat yolu

Dağa hər iki tərəfdən - Otsu şəhərindən (Sakamoto) Enryaku-ji monastırına və Kioto prefekturasındakı dağlardan zirvəyə və botanika bağına qədər funikulyor qalxır. Bu uzunluğu 2 km. olan, Yaponiyada ən uzun kanat yoludur.

Folklorda

Hiei dağı əsrlər boyu bir çox xalq nağıllarında yer alıb. Əvvəlcə burada Şinto dininin tanrılarının yaşadığına inanılırdı.

Qədim paytaxt Kiotodan şimal-şərqdə yerləşdiyinə görə, qədim Geomantika təcrübələrində paytaxta mənfi təsirlərə qarşı qoruyucu bir dayaq olduğu düşünülürdü.

Görkəmli yerləri

Qeyri-adi olaraq, fransız temalı bir sıra tikililər də var. Zirvənin özündə bağlar və fransız rəsmlərini əks etdirən, fransız impressionizmindən bəhs edən Hiey Bağ Muzeyi, həmçinin fransız temalı otel "L'hotel de Hiei" (The Hiei Hotel) var. Dağda gündüzlər insan çoxlugu olur, lakin axşamlar işıqlandırma nümayişləri və ətraf şəhərlərin gecə mənzərəsini görmək üçün ziyarətçilər gəlir.

Girişi

Dağ gəzintiçiləri üçün məşhur ərazidir və pullu yol avtomobillə dağın zirvəsinə çıxışı təmin edir. Gündə bir neçə dəfə dağın təpəsinə şəhərdən avtobuslar gedir.

Dağa həmçinin 2 funikulyor marşrutu var: Kioto tərəfdən kanat yolu və Sakamoto tərəfdən.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hiey dağı sözünün mənası, hiey dağı haqqında məlumat. hiey dağı nədir? hiey dağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 07, 2026

    Poopo gölü

  • Fevral 25, 2026

    Kiribati

  • Mart 06, 2026

    Şahrudin Məhəmmədəliyev

  • Mart 06, 2026

    Tuve Yanson

  • Fevral 27, 2026

    Windows CE

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst