Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu dəstənin quruluş xüsusiyyətlərini öyrənmək üçün şirin suda yaşayan hidraların quruluşu ilə tanış olaq . Hidralar uzunsov, kisəşəkilli bədənə malik sadə qurul

Hidralar dəstəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Hidralar dəstəsi

Hidralar dəstəsi (lat. Hydrida ) — Bağırsaqboşluqlular tipinə aid olan dəstə.

Hidralar dəstəsi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı

Mündəricat

Görünüşü

Bu dəstənin quruluş xüsusiyyətlərini öyrənmək üçün şirin suda yaşayan hidraların quruluşu ilə tanış olaq . Hidralar uzunsov, kisəşəkilli bədənə malik sadə quruluşlu bağırsaqboşluqlulardır. Bədənin bir tərəfində ağız dəliyi yerləşir ki , bu oral qütb adlanır. Ağızın ətrafında yığılıb –açılmaq qabiliyyətinə malik olan qol çıxıntıları vardır. Bu çıxıntılar uzandıqda onların uzunluğu bədən ölçüsündən bir neçə dəfə artıq olur. Çıxıntıların sayı 5-dən 8-ə kimi, bəzi hidralarda isə daha çox olur. Ağız dəliyi qastral boşluğa açılır və bu boşluq qol çıxıntılarında davam edir. Hidraların bədəninin divarı ikiqat hüceyrələrdən — ektoderma və entoderma qatlarından ibarətdir. Bu qatlar nazik istinad lövhəsi ilə bir — birindən ayrılır. Hidranın entoderma və ektoderma qatları epiteli-əzələ hüceyrələrindən təşkil olunmuşdur. Epiteli-əzələ hüceyrələri arasında bağırsaqboşluqlulara məxsus olan dalayıcı hüceyrələr vardır. Hidrada bu dalayıcı hüceyrələr 4 tipdə olur və onlar tək-tək və ya qrup şəklində yerləşirlər . Armudşəkilli iri hüceyrələr penetrantlar, kiçik armudşəkillilər volventlər, iri silindrşəkillilər qlyutinant və ya streptolinlər, kiçik silindrşəkillilər isə stereolinlər adlanır.

Qidalanması

Hidralar — yırtıcı heyvanlardır. Onlar kiçik xərçənglərlə, həşərat sürfələri , qurdlar və.s qidalanır. Hidra dalayıcı hüceyrələri ilə şikarı iflic edir , öldürür və qol çıxıntıları vasitəsilə onu ağız dəliyindən qastral boşluğuna ötürür . Qastral boşluğa entodermadakı vəzili hüceyrələr həzm fermentləri ifraz edirlər. Bu fermentlərin təsiri nəticəsində qida həll olur. Həzm olunmayan qida hissəcikləri yenidən ağız dəliyi vasitəsilə xaricə atılır. Hidralar regenerasiya qabiliyyətinə malikdir. Bu təcrübəni 1740-cı ildə İsveçrə alimi Tramble tərəfindən aparılmışdır. Kiçik hissələrə bölünmüş hidralar bərpa olunaraq bütöv hidraya çevrilmişdir. Regenerasiya qabiliyyəti təkcə hidralarda deyil, əksər bağırsaqboşluqlara xasdır.

Çoxalması

Təbiətdə hidraların cinsi yolla çoxalması , adətən payız aylarına təsadüf edilir. Hidraların bir qismi hermafrodit , bir qismi isə ayrıcinslidir. Cinsi vəzilər — qonadalar ektodermada interstisial hüveyrələrdən əmələ gəlir. Toxumluqlar oral hissəyə , yumurtalıqlar isə aboral hissəyə yaxın inkişaf edir. Toxumluqda çoxlu miqdarda hərəkətli spermatozoidlər əmələ gəlir. Dişi qonadada isə ancaq bir yumurta yetişir. Hermofrodit formalarda mayalanma çarpaz gedir, bəzən öz-özünə mayalanma baş verir. Yumurtalar ana fərdin bədənində mayalanır. Mayalanmış yumurtanın üzəri qabıqla örtülür . Ana fərd məhv olur, qabıqla örtülü yumurta isə qışlayır. Yazda qışlayan yumurtadan cavan hidra inkişaf edir . Hidralarda sürfə mərhələsi olmur. Hidraların çoxalması fəsli xarakter daşıyır. Hidralar dəstəsi üçün şirin sularda 29 növü vardır. Bunlar gövdəli hidra , adi hidra, yaşıl hidra , şirin su hidrası və.s növlərinə rast gəlinir.

Həmçinin bax

  • Bağırsaqboşluqlular
  • Hidroidlər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hidralar dəstəsi sözünün mənası, hidralar dəstəsi haqqında məlumat. hidralar dəstəsi nədir? hidralar dəstəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Züleyxa

  • Fevral 27, 2026

    Hiroşima

  • Fevral 27, 2026

    Zərdab rayonu

  • Mart 01, 2026

    Yeddiqüllə zindanları

  • Mart 01, 2026

    Çiçək Xatun

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst