Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüseynov Hicran Soltan oğlu (6 may 1942, Qutqaşen rayonu – 1 mart 2013, Bakı) — diktor, Azərbaycanın əməkdar artisti (2006).

Hicran Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Hicran Hüseynov

Hüseynov Hicran Soltan oğlu (6 may 1942, Qutqaşen rayonu – 1 mart 2013, Bakı) — diktor, Azərbaycanın əməkdar artisti (2006).

Hicran Hüseynov
Hicran Soltan oğlu Hüseynov
Doğum tarixi 6 may 1942
Doğum yeri Qəbələ rayonu
Vəfat tarixi 1 mart 2013 (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti aktyor, jurnalist, diktor
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Həyatı

Hicran Hüseynov 1942-ci ilin may ayının 6-da Qəbələ rayonunda dünyaya gəlib. 1959-cu ildə Qəbələ rayon orta məktəbini bitirdikdən sonra Bakı Kitabxanaçılıq Texnikumuna daxil olmuşdur. 1961-ci ildə həmin texnikumu bitirdikdən sonra sovet ordusu sıralarına çağırılmış və 1964-cu ildə sovet ordusu sıralarından tərxis olunmuşdu.

1964-cu ilin avqust ayinda Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin institutu bitirərək təyinatla Sumqayıt Dövlət Dram Teatrına aktyor kimi göndərilmişdi.

Həmin teatrda bir il işlədikdən sonra yenidən sovet ordusuna zabit vəzifəsinə çağırılmışdı. İki illik vəzifə borcunu yerinə yetirdikdən sonra Azərbaycan Televiziyasında elan edilən müsabiqənin iştirakçısı olmuş və üçüncü müsabiqədən keçərək AZTV-yə diktor vəzifəsinə dəvət edilmişdi.

1971-ci ildən AZTV-də əmək fəaliyyətinə başlamış, ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlmişdir. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, "Günün ekranı" və "Xəbərlər" proqramlarının daimi aparıcısı kimi fəaliyyətini davam etmişdir.

2006-cı ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü. AZTV-nin "Mədəniyyət" kanalında baş redaktor vəzifəsində fəaliyyətini davam etdirmişdir.

1 mart 2013-cü ildə vəfat etmiş, Mərdəkan qəbiristanlığında torpağa tapşırılmışdır.

Ailəsi

Hicran Hüseynov 1968-ci ildə ailə qurub, iki övladı var.

Həyat yoldaşı Hüseynova Səmayə ixtisasca iqtisadçı olub. 2006-cı ildə vəfat etmişdir.

Qızı Afaq 1970-ci il, oğlu Rövşən 1973-cü ildə dünyaya gəliblər.

Filmoqrafiya

  1. Ömrün yolları (film, 1982)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hicran Hüseynov haqqında məlumat. Hicran Hüseynov nədir? Hicran Hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    39 (ədəd)

  • Fevral 27, 2026

    Santos FK

  • Fevral 25, 2026

    Adıgeylər

  • Fevral 27, 2026

    Tərtər çayı

  • Fevral 27, 2026

    Kolonist parkı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst