Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hibrid avtomobil və ya mələz avtomobil — bu cür avtomobillərin əsas məqsədi benzin sərfiyyatını azaltmaqdır. Buna nail olmaq üçün onlar tıxaclar zamanı və aşağı

Hibrid avtomobil

  • Ana Səhifə
  • Vikipediya
  • Hibrid avtomobil

Hibrid avtomobil və ya mələz avtomobil — bu cür avtomobillərin əsas məqsədi benzin sərfiyyatını azaltmaqdır. Buna nail olmaq üçün onlar tıxaclar zamanı və aşağı sürətlərdə hərəkət zamanı benzin mühərriki əvəzinə elektrik mühərrikindən istifadə edərək atmosferə buraxılan tullantıların qismən sıfır olmasını təmin edirlər. Elektrik mühərrikinin işləməsi üçün tələb olunan enerji benzin mühərriki işə salındıqda və ya əyləcdən istifadə edilmə zamanı akkumulyatorlara yüklənir. Ona görə də bu avtomobillərin elektrik enerjisinə qoşularaq enerji ilə doldurulmasına ehtiyac yoxdur.

Ən yüksək yanacağa qənaət xüsusiyyətinə malik hibrid maşınlardan biri olan Toyota Priusun II nəsli

Tələb olunan zaman benzin, tələb olunduğu zaman elektrik mühərriki ilə idarə oluna bilən ilk avtomobili Ferdinand Porsche 27 yaşında olarkən hazırlanmışdır. 1902-ci ildə “Mixte-Wagen” (“Qarışıq maşın”) adlandırdığı avtomobilini təqdim etmişdir. Vyanalı fayton istehsalçısı olan Ludwig Lohner ilə işləyən Porsche, 4 silindrli Daimler mühərrikinə akkumulyatorlar, generator və elektrik mühərrikləri əlavə etmişdir. Bu vəziyyəti ilə Mixte, benzin mühərriki dayandırıldığı zaman, batareyalarla işləyən elektrik mühərriki ilə irəliləməyə davam edə bilirdi.

Təxminən 10 ildən sonra hibrid avtomobillərin benzinlə işləyən avtomobilləri əvəz edəcəyi düşünülür. Toyotanın Toyota Prius modeli, Hondanın Honda Insight ilə başlayan və bu gün Honda Civic Hybrid ilə davam edən seriyası hibrid avtomobillərə misal ola bilər. Toyotanın lüks avtomobillər istehsal edən firması olan Lexus tərəfindən 2005-ci ildə bazara təqdim edilən Lexus RX 400h modeli də hibrid avtomobillər arasında öz yerini almışdır.

Bundan əlavə, Dodge firmasının Ram Pick-up modelini hibrid olaraq istehsal edəcəyini elan etməsi ilə bu üslubda bir ilkin yaşanacağı kimi görünür. Bunun ardınca General Motors; Chevrolet şirkətinin Silverado modelini və GMC şirkətinin Sierra modelini tarixində ilk dəfə olaraq “GM” brendindən istifadə edərək təqdim edəcəyi gözlənilir.

SUV sektorunda isə ilk olaraq Fordun Escape modeli meydana çıxmışdır.

2005-ci ilə qədər istehsalı gözlənilən avtomobil modelləri arasında GMC Yukon, Chevrolet Tahoe, Mercedes S Seriyası və Toyota Camry kimi sənayenin zirvəsinə doğru yüksələn avtomobillər də mövcuddur.

Biblioqrafiya

  • Гулиа Н. В. Инерционные аккумуляторы энергии. Воронеж: Изд-во ВГУ. 1973. 112–118. ISBN ?; УДК 621.8.032.2-562.
  • Гулиа Н. В. Инерционные двигатели для автомобилей. М.: Транспорт. 1974.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hibrid avtomobil sözünün mənası, hibrid avtomobil haqqında məlumat. hibrid avtomobil nədir? hibrid avtomobil nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Handle System

  • Fevral 27, 2026

    Psilomelan

  • Fevral 27, 2026

    Ehram

  • Fevral 24, 2026

    Mayns

  • Fevral 27, 2026

    Bədəlan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst