Hişkədərə — Azərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə kənd inzibati ərazi dairəsində kənd.
| Hişkədərə | |
|---|---|
| |
| 38°54′37″ şm. e. 48°42′07″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Masallı rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 3044 (2018) nəfər |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ4419 |
![]() Hişkədərə | |
Əhalisi
Əhalisi 2744 nəfərdir.
Toponimiyası
Yaşayış məntəqəsinin adındakı hişqə talış dilindəki "quru", "susuz" və Azərbaycan dilində dərə komponentlərindən ibarət olub, mənası Qurudərə kəndidir.
İnfrastrukturu
Kənddə XIV əsrə aid Nəzirə Xanım türbəsi, iyirmi minə yaxın eksponatı olan Tarix–Diyarşünaslıq muzeyi, tunc dövrünə aid Qazaxantəpə, Qosatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları vardır. Hişkədərə və eləcə də Masallı tarixinin güzgüsü 1952-ci ildən kəndimizdə fəaliyyət göstərən Tarix–Diyarsünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika və arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Bütün bunlar Tarix–Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur.
Şəkilləri
Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbi
Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi
Xeyirxah Tədbirlər Evi
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hişkədərə (Masallı) haqqında məlumat. Hişkədərə (Masallı) nədir? Hişkədərə (Masallı) nə deməkdir?
