Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Heyratı" sözü Herat coğrafi adının təhrif olunmuş biçimidir. Hazırda Herat İranda şəhər və Əfqanıstanda İranla həmsərhədd olan vilayətin adıdır. Amma vaxtılə o

Heyratı

  • Ana Səhifə
  • Vikipediya
  • Heyratı
Bu məqalə Heyratı muğamı haqqındadır. Digər mənalar üçün Heyratı (dəqiqləşdirmə) səhifəsinə baxın.

Heyratı – Azərbaycan zərbi muğamı və bu muğam üzərində qurulmuş unudulmuş Azərbaycan rəqsi.

Heyratı muğamının notları (Əfrasiyab Bədəlbəylinin işlənməsində)

Mündəricat

Mənası

"Heyratı" sözü Herat coğrafi adının təhrif olunmuş biçimidir. Hazırda Herat İranda şəhər və Əfqanıstanda İranla həmsərhədd olan vilayətin adıdır. Amma vaxtılə orada Səfəvilər dövlətinin önəmli mərkəzlərindən biri olan Herat bəylərbəyliyi olub. Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti"ndə "Kabili" sözü bu muğamın başqa bir adı kimi göstərilmişdir.

Özəllikləri

Mahur-hindi muğamı kökündə gümrah, nikbin və cəngavər əhvali – ruhiyyəli zərbi muğam. Rast məqamına əsaslanır . Özü də "do" mayeli rast lad-məqamına əsaslanır. Heyratı zərbi muğamı "Mahur – hindi" muğam dəstgahının ayrı-ayrı melodik dönəmlərini özündə birləşdirən sərbəst improvizəyə malikdir. Ölçüsü 4/2-dir. Heyratı nikbin, mərd, qəhrəmani əhval yaradandır. Bütün ifa variantlarında qəzəllə oxunur. Ən mahir ifaçısı Xan Şuşinski hesab olunur. Xanəndə Heyratı oxuyan zaman çox miqdarda nəqarətvari sözlərdən istifadə etmişdir. [mənbə göstərilməlidir]

Bu muğam üzərində rəqs də mövcud olub, ancaq unudulub. Xalq musiqisini dərindən bilən Cabbar Qaryağdıoğlu Heyratı rəqsini bilirdi.

Heyratı muğam XX əsrin əvvəllərində Türkiyəli musiqişünas Rauf Yektabəyin təşəbbüsü və Məşədi Cəmil Əmirovun köməyi ilə ilk dəfə nota salınıb.

Heyratı bəstəkar musiqisində

Üzeyir Hacıbəyov heyratı muğamını "Leyli və Məcnun" operasına da daxil etmişdir .

Bəstəkar Əfrasiyab Bədəlbəyli isə simfonik zərbi-muğam Heyratını bəstələmişdir.

Qaynaq

  1. . 16 iyun 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2014.
  2. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Kabili 2021-04-23 at the Wayback Machine
  3. "Muğam Ensiklopediyası - Heyratı". 9 sentyabr 2019 tarixində . İstifadə tarixi: 11 may 2013.
  4. "Üzeyir Hacıbəyov elektron dərs vəsaiti - Heyratı". 14 aprel 2021 tarixində . İstifadə tarixi: 11 may 2013.
  5. Mustafa Səmənli. İlk Azərbaycan rəqs ansamblı.[ölü keçid] “Qobustan”.-2009.-№3.-S.39-46.
  6. Rafael Musayev. Muğamların not yazılarına dair 2022-01-23 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.
  7. Əfrasiyab Bədəlbəyli. Əfrasiyab Bədəlbəylinin arxiv fondu 2021-10-25 at the Wayback Machine

Video

  • "Leyli və Məcnun" operası - Nofəlin xor ilə səhnəsində «Heyratı» zərbi-muğamı
  • Təşkilat Nəsirov - Heyratı (1991)
  • Canəli Əkbərov - Heyratı
  • Muğam-marş Heyratı

Həmçinin bax

  • Azərbaycan musiqisi
  • Muğam
  • Zərbi muğamlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Heyratı haqqında məlumat. Heyratı nədir? Heyratı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İskya

  • Fevral 27, 2026

    Qarabağ kilimləri

  • Fevral 27, 2026

    Lenfilm

  • Fevral 27, 2026

    Erməni millətçiliyi

  • Fevral 27, 2026

    Camphora philippinensis

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst