Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Henrix Həsənov — gəmi inşaatçısı, texnika elmləri doktoru, gəmi inşası və gəmi buxar qazanları və buxar generatorlarının dizaynı sahəsində mütəxəssis, dəniz gəm

Henrix Həsənov

  • Ana Səhifə
  • Vikipediya
  • Henrix Həsənov

Henrix Həsənov — gəmi inşaatçısı, texnika elmləri doktoru, gəmi inşası və gəmi buxar qazanları və buxar generatorlarının dizaynı sahəsində mütəxəssis, dəniz gəmilərinin atom mühərrik-reaktorlarının baş dizayneri. Sosialist Əməyi Qəhrəmanı.

Henrix Həsənov
Doğum tarixi 8 iyul 1910(1910-07-08)
Doğum yeri
  • Dərbənd, Dağıstan vilayəti, Rusiya imperiyası
Vəfat tarixi 28 may 1973(1973-05-28) (62 yaşında)
Vəfat yeri
  • Leninqrad, RSFSR, SSRİ
Dəfn yeri
  • Boqoslovskoye qəbiristanlığı[d]
Fəaliyyəti alim
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Elmi adı
  • professor[d]
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Əmək igidliyinə görə" medalı "Əməkdə fərqlənməyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Leninqradın 250 illik xatirəsinə" medalı
"Lenin" mükafatı "Stalin" mükafatı

Mündəricat

Bipoqrafiyası

1910-cu il iyulun 8-də Dərbənddə (indiki Dağıstan Respublikasında) qarışıq işçilər ailəsində anadan olmuşdur. Atası milliyyətcə ləzgi olan Əli (Əlimirza) Həsənov və anası yarı alman, yarı fransız olan Yelena Vladimirovna Bekin ailəsndə anadan olur.

Məktəbi bitirdikdən sonra, 1927-ci ildə Frunze Ali Hərbi Dəniz Məktəbinə (Leninqrad) daxil olur, lakin 1929-cu ildə xəstəlik səbəbiylə tərxis edilir və Daqrıbtrest kooperativ fabrikində mexanik olaraq işə başlayır. 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetiyə daxil olur, 1931 -ci ildə Leninqrad Gəmiqayırma İnstitutuna keçir.

1935-ci ildə institutu bitirdikdən sonra Serqo Ordjonikidze adına Baltik Gəmiqayırma Zavodunun Mərkəzi Dizayn Bürosuna işə göndərilir. 1938-ci ildə gəmi buxar qazanları dizaynçıları qrupunun rəhbəri olur. Böyük Vətən müharibəsi illərində, hərbi gəmilərin qurulmasında ixtisaslaşan Şimal Layihə-Konstruktor Bürosunda işləməyə davam edir.

1946-cı ildən Baltik Gəmiqayırma Zavodunda Baş Dizayner və Mərkəzi Dizayn Bürosunun rəhbəri işləyir. 1950-ci illərdə onun rəhbərliyi və birbaşa iştirakı ilə bir sıra yeni qazan zavodları qurulur. 1958-ci ildə Lenin mükafatına layiq görülmüşdür (xüsusən də sualtı qayıqlar üçün nüvə reaktorlarının inkişafına görə).

1959-cu ildən Leninqrad Gəmiqayırma İnstitutunun Qazanlar kafedrasının dosenti olur. 1966-cı ildən gəmi buxar generatorlarının nəzəriyyəsi və dizaynı üzrə texnika elmləri doktoru, professor dərəcəsi alır.

28 may 1973-cü ildə vəfat edir. Leninqradda Boqoslov qəbiristanlığında dəfn edilir.

Henrix Həsənov rus alimləri, filosofları, yazıçıları və musiqiçilər nəslindəndir, məşhur filosof Həsən-Əfəndi onun nəvəsidir.

Mükafatları

Birinci dərəcəli Stalin mükafatı (1942) - hərbi gəmilərin layihələrindirilmədində inkişafına görə.

İki Qırmızı Əmək Bayrağı ordeni (12.5.1956; 14.5.1960)

Lenin mükafatı (1958).

Sosialist Əməyi Qəhrəmanı (30.03.1970) - dəniz enerjisi sahəsində yeni kəşflərə görə.

İki "Lenin" ordeni.

Digər medallar.

Xatirəsi

1976-cı ildə Henrix Həsənovun adı 1559-B tanker layihəsinə verilir.

Dərbənd şəhərinin küçələrindən biri Həsənovun adını daşıyır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, henrix həsənov sözünün mənası, henrix həsənov haqqında məlumat. henrix həsənov nədir? henrix həsənov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bürucird şəhristanı

  • Fevral 27, 2026

    Emili Dikinson

  • Mart 01, 2026

    Qızılhacılı (Qazax)

  • Fevral 27, 2026

    İskya

  • Fevral 27, 2026

    Lev Vıqotski

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst