Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hayk Avetisoviç Karkaryan (erm. Հայկ Ավետիսովիչ Կարկարյան; 4 sentyabr 1904, Şavşeti[d], Batum vilayəti – 1988) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR

Hayk Karkaryan

  • Ana Səhifə
  • Vikipediya
  • Hayk Karkaryan

Hayk Avetisoviç Karkaryan (erm. Հայկ Ավետիսովիչ Կարկարյան; 4 sentyabr 1904, Şavşeti[d], Batum vilayəti – 1988) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yeyinti sənayesi naziri (1949–1953), Azərbaycan SSR təmli məhsullar sənayesi naziri (1947–1949), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi (1939–1941), Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1937–1939).

Hayk Karkaryan
erm. Հայկ Ավետիսովիչ Կարկարյան
Azərbaycan SSR yeyinti sənayesi naziri
19 mart 1949 – 18 aprel 1953
ƏvvəlkiSüleyman Şərifov
SonrakıNurulla Ağayev (yüngül və yeyinti sənayesi naziri kimi)
Azərbaycan SSR təmli məhsullar sənayesi naziri
24 mart 1947 – 19 mart 1949
Əvvəlkinazirlik yaradılıb
Sonrakınazirlik ləğv edilib
Azərbaycan SSR dadlı şeylər sənayesi naziri
15 yanvar 1947 – 22 mart 1947
Əvvəlkinazirlik yaradılıb
Sonrakınazirlik ləğv edilib
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi
16 may 1939 – sentyabr 1941
Birinci katibMircəfər Bağırov
Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
30 sentyabr 1937 – 15 aprel 1939
ƏvvəlkiSuren Badamyan
SonrakıQriqori Petrosyan
Şəxsi məlumatlar
Doğum tarixi 4 sentyabr 1904(1904-09-04)
Doğum yeri
  • Şavşeti[d], Batum vilayəti, Rusiya imperiyası
Vəfat tarixi 1988(1988) (83–84 yaşında)
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1931)

Təltifləri "Lenin" ordeni — 1940 "Qırmızı əmək bayrağı" ordeni — 1946 "Şərəf nişanı" ordeni — 1944 "Qafqazın müdafiəsinə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Hayk Avetisoviç Karkaryan 1904-cü ildə keçmiş Batum vilayətinin Şavşeti kəndində dəmirçi ailəsində anadan olmuşdur. Erkən yaşda valideynləri vəfat etdiyi üçün uşaq evinə verilmiş, burada komsomol yığıncaqlarına qoşulmuşdur. 1924-cü ildə komsomol sıralarına qatılmış, 3 ildən sonra isə komsomol təşkilatı tərəfindən işçi fakültəsinə oxumağa göndərilmişdir. 1931-ci ildən ÜİK(b)P üzvü olmuşdur.

1934-cü ildə işçi fakültəsindən məzun olduqdan sonra o, yeni açılmış Beriya adına mədənə (Zığ mədəni) işləməyə göndərilmişdir. O, burada qazma qrupunda həmkarlar ittifaqı komitəsinin sədri, sonra isə rayon mədən komitəsinin sədri vəzifələrində işləmişdir. Beriya adına mədəndən sonra qısa müddət ərzində Azərbaycan Kommunist Partiyası Kaqanoviç Rayon Komitəsində, sonra isə Qafqaz Neft Mədən İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi aparatında işləmişdir. Kaqanoviç rayon partiya komitəsi plenumunun üzvü olmuşdur.

Hayk Karkaryan 1937–1939-cu illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1939–1941-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi işləmişdir. Sonra isə Mərkəzi Komitə katibinin yüngül sənaye üzrə müavini olmuş, Azərbaycan SSR yeyinti sənayesi naziri vəzifəsində çalışmışdır.

Hayk Karkaryan 1988-ci ildə vəfat etmişdir.

Təltifləri

  • "Lenin" ordeni — 27 aprel 1940
  • "Qırmızı əmək bayrağı" ordeni
  • "Şərəf nişanı" ordeni — 22 yanvar 1944
  • "Qafqazın müdafiəsinə görə" medalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hayk Karkaryan haqqında məlumat. Hayk Karkaryan nədir? Hayk Karkaryan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Speleologiya

  • Fevral 24, 2026

    Dərələyəz silsiləsi

  • Fevral 27, 2026

    IV Eduard

  • Fevral 27, 2026

    Bollivud

  • Fevral 27, 2026

    İrəvan şəhəri

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst