Haubitsa (alm. haubitze, çex. houfnice, ilkin mənası — daş atmaq üçün silah (sapand)) — açıq və örtülü yerlərdəki (səngər, xəndək) hədəfləri, habelə səhra müdafiə qurğularını məhv etmək üçün artilleriya silahı növü. 70°-dək yüksələn bucaq altında atəş aça bilər. Haubitsanın lüləsi topa nisbətən qısadır (20–30 kalibr), mərmisinin başlanğıc sürəti və təsir məsafəsi isə eyni kalibrli adi toplarınkından azdır.

Həmçinin bax
- 203 mm Haubitsa M-1931 (B4)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Haubitsa haqqında məlumat. Haubitsa nədir? Haubitsa nə deməkdir?