Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Harşa (Harşavardhana; 590 – 647) — Şimali Hindistanı 606–647-ci illərdə udarə edən Puşpabxuti nəslindən hökmdar.

Harşa

  • Ana Səhifə
  • Vikipediya
  • Harşa

Harşa (Harşavardhana; 590 – 647) — Şimali Hindistanı 606–647-ci illərdə udarə edən Puşpabxuti nəslindən hökmdar.

Harşa
Doğum tarixi 590(0590)
Vəfat tarixi 647(0647) (56–57 yaşında)
Fəaliyyəti şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

VI əsrdə Şimali Hindistanda ən böyük dövlətlər Qauda (Şimali və Qərbi Bеnqaliya), Maukhari (paytaxtı Kanauc, Qanqın orta axarları və Doab), Puşpabhuti (yuxarı Doab, paytaxtı Şthaneşvara, müasir Delhi və Sirhinda əraziləri) idi, bu üç dövlət bir-birilə qanlı mübarizə aparırdı.

VIII əsrə kimi Maqadhada Quptlara aidiyyəti olmayan sülalələr hökmranlıq edirdilər. Qanqdan şimalda paytaxtı müasir Kanauc olan Maukhariya dövləti, Satlec və Camna çayları arasında mərkəzi Sthaneşvara olan dövlət, Pəncabda isə Maqadhada hökmranlıq edən Qupt və Maukhariya sülaləsi ilə qohum olan Prabhakaravardhana hakimiyyətdə idi. Onun ölümündən sonra Puşpabhuti (Sthaneşvara) hökmdarının dəstəklədiyi Maqadha Qupt sülaləsi və Maukhariyalı sülaləsi arasında müharibə baş verdi, bu döyüşdə hökmdarlar həlak oldu. Qupt və Maukhariya dövlətləri Harşinin (və ya Harşa) hakimiyyəti (606–647-ci illər) altında birləşdirildi. Harşa hakimiyyəti illərində Qupt imperiyasının qüdrətini müəyyən qədər bərpa etsə də, bütün Hindistanı əhatə edən imperiya yaranmadı.

Harşa haqqında tarixçi-xronikaçı Banunun yazdığı "Harşaçarita" əsərində maraqlı məlumatlar əksini tapmışdır. Banu bildirirdi ki, "Harşanın hakimiyyətinin ilk altı ilində fillərin üzərindən zirehləri çıxarmadılar, döyüşçülər dəbilqələrini, zirehlərini yerə qoymadılar". Bu döyüşkənliyin nəticəsində də Harşa bütün Şimali Hindistanı tutdu. Qauda hökmdarı Şaşankinin ölümündən sonra Harşa Maqadha və Benqalı ələ keçirdi. Harşa dövləti XIII əsrin əvvəllərinədək Hindistanda sonuncu hind imperiyası oldu, bu dövlətin ərazisinə Malva və Racputandan başqa Şimali Hindistanın digər əraziləri daxil idi.

Güclü feodal dövləti olan Harşa dövründə sistemli vergi siyasəti yürüdülür, ticarət inkişaf edirdi. Harşa zamanında məhsulun 1/6-dən torpaq vergisi tutulur, dövlətin xəzinəsi daxili və xarici bazar vergiləri hesabına dolurdu. Harşanın ölümündən sonra dövləti bir neçə yerə parçalandı, vassal vilayətlərdən ibarət olması imperiyanın tez bir zamanda çökməsinə gətirib çıxardı.

Harşanın əcdadları şivaist olsa da özü buddizmi qəbul etmişdi. Onun hakimiyyəti illərində Nalanddakı (müasir Allahabad yaxınlığında) buddist universitet Hindistandan kənarda da məşhur idi. Altı mərtəbəli binası, təsərrüfat tikililəri olan, geniş ərazini əhatə edən Naland universitetində minlərlə tələbə təhsil alır və yaşayırdı.

Harşa dövründə buddizm dəstəklənsə də, buddist məbədlərinin tikintisinə xüsusi diqqət yetirilsə də, bu dini təlim tənəzzül dövrünü keçirirdi. Feodalizmin inkişafı ilə qapalı natural təsərrüfatların yaranması geniş kütlələrə müraciət edən buddizmin qarşısını aldı, daha qapalı və sərt varna-cati sistemi olan hinduizmin mövqelərini möhkəmləndirdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Harşa haqqında məlumat. Harşa nədir? Harşa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    E.ə. 9

  • Fevral 27, 2026

    Katoliklər

  • Fevral 25, 2026

    Kiçik Qafqaz

  • Fevral 27, 2026

    Mutəffifin surəsi

  • Mart 01, 2026

    Piter Druker

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst