Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kosovadan Türkiyəyə köçən bir ailənin ilk övladı olan Hakan Şükür 1971-ci il iyul ayının 1-də Sakaryanın inzibati mərkəzi olan Adabazarında dünyaya gəlib.

Hakan Şükür

  • Ana Səhifə
  • Vikipediya
  • Hakan Şükür

Hakan Şükür (1 sentyabr 1971[…], Adapazarı) — Türkiyə futbolçusu, milliyyətcə albandır.

Hakan Şükür
türk. Hakan Şükür
Ümumi məlumatlar
Doğum tarixi 1 sentyabr 1971(1971-09-01)[…] (54 yaş)
Doğum yeri
  • Adapazarı, Sakarya ili, Türkiyə
Vətəndaşlığı
  •  Türkiyə
Boyu 191 sm
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası
1987—1990 Türkiyə Sakaryaspor 42 (10)
1990—1992 Türkiyə Bursaspor 54 (11)
1992—1995 Türkiyə Qalatasaray 90 (54)
1995 İtaliya Torino 5 (1)
1995—2000 Türkiyə Qalatasaray 155 (119)
2000—2001 İtaliya İnter Milan 23 (5)
2002 İtaliya Parma 14 (3)
2002—2003 İngiltərə Blekbern Rovers 8 (2)
2003—2008 Türkiyə Qalatasaray 147 (55)
1987—2008 Yekun 538 (260)
Milli yığma
1992—2008 Türkiyə Türkiyə 112 (51)
Təltif və medalları
Dünya çempionatları
Bürünc Koreya/Yaponiya 2002
Aralıq dənizi oyunları
Gümüş Afina 1991futbol
Qızıl Lanqedok-Russilyon 1993futbol

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kosovadan Türkiyəyə köçən bir ailənin ilk övladı olan Hakan Şükür 1971-ci il iyul ayının 1-də Sakaryanın inzibati mərkəzi olan Adabazarında dünyaya gəlib.

Futbol karyerasına doğulduğu Sakaryada başlayıb. 2007–2008 Türkiyə futbol sezonunda Qalatasaray-Manisaspor oyununda 241-ci qolunu vuraraq Türkiyə futbol tarixində ən çox qol vuran futbolçu olmuşdur.

Hakan Şükür bir zamanlar Türkiyənin "TRT" telekanalı ilə əməkdaşlıq edirdi və bu kanlada yayımlanan "Stadyum" verilişindəki şərhçiliyinə görə ilə 700 min dollar alırdı. 2011-ci ildə televiziyada davam edən şərhçiliyi buraxaraq siyasətə girdi ve 12 iyun seçimlərinin ardından Adalet ve Kalkınma Partisi 'ndən İstanbul 3. bölgə millət vəkili seçildi. 16 dekabr 2013 günü mənsubu olduğu partiyasından istifa etməsinin ardından siyasi həyatını bitərəf millət vəkili olaraq davam etdirrdi. 2015 seçimlərində yenidən İstanbul 3. bölgədən, bu dəfə bitərəf namizəd oldu , ancaq seçilə bilmədi. Prezident Recep Tayyip Erdoğan'a təhqirdən ittiham olunan Hakan Şükür, ilk məhkəməyə qatılmadı, vəkili isə Hakan Şükürün Amerika Birləşmiş Ştatlarına köçdüyünü söylədi.

Amerikada olduğu müddətdə haqqında FETÖ üzvü olduğu ittihamları gəldi və hal-hazırda Türkiyədə terror təşkilatına üzv qəbul edilərək, cinayətkar sayılır. Türkiyə hökuməti Hakanın bank hesablarını və Türkiyədə olan bəzi əmlaklarını müsadirə edib. Amerikada bir müddət Uber şoferi, bir müddət isə restoran sahibi olaraq həyatına davam edən Hakan hal-hazırda uşaq futbol klublarının birinin sahibi və məşqçisi olaraq həyatına davam edir. Türkiyə milli komandasının ən çox qol vuran oyunçusu və Türkiyədə bir çox uğurları olmasına baxmayaraq ona verilən mükafatların alınması ilə bağlı qərar qəbul edilmişdir.

Uğurları

Klublarda

UEFA Kuboku

  • 1999–2000 – Qalatasaray

Türkiyə çempionu

  • 1992–1993 – Qalatasaray
  • 1993–1994 – Qalatasaray
  • 1996–1997 – Qalatasaray
  • 1997–1998 – Qalatasaray
  • 1998–1999 – Qalatasaray
  • 1999–2000 – Qalatasaray
  • 2005–2006 – Qalatasaray
  • 2007–2008 – Qalatasaray

Türkiyə Federasiya Kuboku

  • 1987–1988 – Sakaryaspor
  • 1992–1993 – Qalatasaray
  • 1995–1996 – Qalatasaray
  • 1998–1999 – Qalatasaray
  • 1999–2000 – Qalatasaray
  • 2004–2005 – Qalatasaray

Prezident Kuboku

  • 1992–1993 – Qalatasaray
  • 1995–1996 – Qalatasaray
  • 1996–1997 – Qalatasaray

İtaliya Kuboku

  • 2001–2002 – Parma

Şəxsi uğurları

  • 1997 – Bürünc Butsı mükafatı
  • davam edir - Türkiyə milli komandasının ən çox qol vuran oyunçusu
  • 2002 - Dünya Çempionatı tarixində ən tez vurulan qolun sahibi
  • 1996-2000, 2002 - Türkiyədə ilin futbolçusu
  • 2004 - UEFA Yubiley mükafatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hakan şükür sözünün mənası, hakan şükür haqqında məlumat. hakan şükür nədir? hakan şükür nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kutaisi quberniyası

  • Mart 01, 2026

    Populus grandidentata

  • Fevral 28, 2026

    Amur nərəsi

  • Fevral 23, 2026

    Cədvəl

  • Fevral 10, 2026

    Qərb

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst