Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hafsilər (ərəb. الحفصيون‎ al-Ḥafṣiyūn) — 1228–1574-cü illərdə Tunisdə hökmranlıq edən bərbər əsilli sülalə.

Hafsilər

  • Ana Səhifə
  • Vikipediya
  • Hafsilər

Hafsilər (ərəb. الحفصيون‎ al-Ḥafṣiyūn) — 1228–1574-cü illərdə Tunisdə hökmranlıq edən bərbər əsilli sülalə.

Tarixi dövlət
Hafsilər
1229 — 1574
Paytaxt Tunis
Dil Bərbər dili
Din sünnilik, xristianlıq, katolisizm, İudaizm
Pul vahidi Dinar
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Xanədan adını Şeyx Əbu Həfs Ömər ibn Yəhyal Hintatidən almışdır. Onun oğlu, İfriqiyyə valisi olan I Əbu Zəkəriyyə Yəhya dövründə Hafsilər sülaləsi Əlmüvəhhidilərin tabeliyindən çıxaraq müstəqil hakimiyyət sürməyə başladı.

Qüdrətli dövrlərində Əlcəzair və Liviyada hökmranlıq edən Hafsilər, sonra sürətlə gücdən düşdülər. 1311–1317-ci illərdə Məmlük dövlətinin vassalına çevrildilər. Həmçinin 1530-cu illərdən başlayaraq Tunisin cənubu və mərkəzi Osmanlılar tərəfindən tutuldu. Hafsilərin əlində isə ölkənin yalnız şimal hissəsi qaldı.

1534-cü il avqustun 16-da Xeyrəddin Barbarossanın komandanlığı ilə Osmanlı qüvvələri Tunis şəhərini və ölkənin cənub hissəsini də Osmanlı imperatorluğuna birləşdirərək Hafsilərin hakimiyyətinə son qoydular. Lakin sonradan İspaniya və Almaniya imperatoru V Karl tərəfindən Tunisin geri alınması ilə Hafsilərin hakimiyyəti bərpa edildi. Bu dövrdən etibarən Hafsilər sülaləsi hakimiyyətinə İspaniyanın vassalı kimi davam etdi və beləliklə, 1535–1574-cü illər arasında Tunis şəhərində ispan qarnizonu yerləşdirildi.

Tunis 13 sentyabr 1574-cü ildə Qılınc Əli Paşanın komandanlığı altında Osmanlı donanması tərəfindən yenidən fəth edildikdən sonra Hafsilərin bölgədəki hakimiyyətinə tamamilə son qoyuldu. Son Hafsi hökmdarı VI Məhəmməd İstanbula aparıldı və müsəlmanlara qarşı ispanlarla əməkdaşlıq etdiyi üçün edam edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hafsilər haqqında məlumat. Hafsilər nədir? Hafsilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Boz alma

  • Fevral 24, 2026

    Belorusiya SSR

  • Fevral 27, 2026

    Alkoqol

  • Fevral 27, 2026

    Miron

  • Fevral 27, 2026

    Takasaki

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst