Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuş, tarixçi Mirzə Camal Cavanşir Qarabaği 1847-ci ildə Vorontsovun tapşırığı ilə yazılan Qarabağ xanlarının tarixinə d

Hacısamlı nahiyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Hacısamlı nahiyəsi
Bu məqalə Hacısamlı nahiyəsi haqqındadır. Hacısamlı kəndi üçün Hacısamlı səhifəsinə baxın.

Hacısamlı nahiyəsi – Qarabağ xanlığının bir bölgəsi.

İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuş, tarixçi Mirzə Camal Cavanşir Qarabaği 1847-ci ildə Vorontsovun tapşırığı ilə yazılan Qarabağ xanlarının tarixinə dair "Qarabağnamə" əsərində yazırdı: "…Cavanşir, Otuziki, Kəbirli, Dəmirçi, Həsənli, Bərgüşad, Qaraçorlu, Hacı Samlı, Kolanı, və Qapan ellərinin bəyləri ilə Dizaq, Vərəndə, Çiləbörd, Talış və Xaçın mahallarının məlikləri də bir para vilayət xanları kimi dövlət, əzəmət, cəlal və bünövrə sahibi idilər."

Burada adı çəkilən Hacısamlı nahiyyəsinin ərazisi indiki Laçın rayonunun şimalından Qırqız dağının aşırımına qədər, indiki Kəlbəcər rayonunun sərhəddi boyunca böyük bir ərazini əhatə edir. Aranı və yaylağı olmaqla heyvandarlıq və əkinçilik üçün əlverişli bir ərazidir.

Pənahəli xan Qarabağlının razılığı ilə təməli qoyulan Hacısamlı bəyliyinin daha yaxşı inkişafı və şöhrətlənməsi 1880-ci illərdə özünü göstərmişdir. Belə ki, Hacısamlı nahiyəsində bəylik titulunu Bülövlük (Biləvlik) bəylərindən sonra Əlipaşa bəy qazanmışdır. Şuşa bəy komissiyasının 21 dekabr 1872-ci il 374 saylı protokolu 16 avqust 1877-ci ildə Qafqaz canişini M. Vorontsov tərəfindən təsdiq edilərək Əlipaşa bəy Sultanova bəylik titulu verilmişdir. Məhz Hacısamlı nahiyəsinin şöhrətlənməsi Əlipaşa bəy Sultanovun və Sultan bəy Sultanovun bəyliyi dövründə olmuşdur.

Hacısamlı nahiyyəsi yaşayış məskəni kimi qədim əsrlərdən, minilliklərdən xəbər verir. Hətta bu ərazidə xristanlıqdan əvvəllərə aid abidələr var.

Həmçinin bax

  • Hacısamlı camaatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hacısamlı nahiyəsi haqqında məlumat. Hacısamlı nahiyəsi nədir? Hacısamlı nahiyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məmuniyə

  • Fevral 27, 2026

    Türkmənistan himni

  • Fevral 27, 2026

    Minos

  • Fevral 27, 2026

    Alqu xan

  • Fevral 26, 2026

    Müstəhəb

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst