Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacıməmməd Ələkbər oğlu Quliyev (Qafqazlı) (24 mart 1898, Lənkəran, Lənkəran qəzası – 21 sentyabr 1982, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR

Hacıməmməd Qafqazlı

  • Ana Səhifə
  • Vikipediya
  • Hacıməmməd Qafqazlı

Hacıməmməd Ələkbər oğlu Quliyev (Qafqazlı) (24 mart 1898, Lənkəran, Lənkəran qəzası – 21 sentyabr 1982, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).

Hacıməmməd Qafqazlı
Doğum adı Hacıməmməd Quliyev
Doğum tarixi 24 mart 1898(1898-03-24)
Doğum yeri
  • Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 sentyabr 1982(1982-09-21) (84 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1924–1982
Mükafatları "Əmək igidliyinə görə" medalı — 1949
Azərbaycan SSR əməkdar artisti — 1943
IMDb ID3394078
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1898-ci ildə Lənkəranda şair ailəsində doğulan Hacıməmməd Qafqazlı əvvəlcə mollaxanada oxuyub, 9 yaşından isə 7-ci rus-müsəlman məktəbində təhsilini davam etdirib. 14 yaşından Orucov qardaşlarının mətbəəsində mürəttib kimi əmək fəaliyyətinə başlayıb. Sənətə, teatra olan hədsiz marağı həmin dövrdə Seyid Hüseyn, Nəriman Nərimanov və bir sıra tanınmış maarifçilərlə, ziyalılarla yaxından tanışlığına səbəb olub. Məhz bu maraqla 1920-ci ildə Maştağada ilk fəhlə-kəndli klubu yaradıb və klubun nəzdində dram dərnəyi təşkil edib. Burada Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyaraq, rejissor kimi fəaliyyət göstərib. İstedadını görən Abbas Mirzə Şərifzadə təkidlə onu Milli Dram Teatrına dəvət edib. Dəvəti qəbul edən aktyor o vaxtdan ömrünün sonuna qədər bu teatrda çalışıb. İlk rolu isə Hüseyn Cavidin "Uçurum" pyesində olub. Bundan sonra teatrın səhnəsində 200-dən artıq müxtəlif səpkili obrazlar yaradıb, teatr sahəsindəki xidmətlərinə görə "Azərbaycan SSR əməkdar artisti" (1943) fəxri adına layiq görülüb.

H. Qafqazlı teatrda çalışmaqla bərabər "Fətəli xan", "Bir məhəllədən iki nəfər", "Yeddi oğul istərəm…", "Şərikli çörək" və s. filmlərdə çəkilib. Aktyorun son ekran işi "Mosfilm"in istehsal etdiyi "Tehran-43" filmi olub. Teatr aləminə gəldiyi gündən H. Qafqazlı dramaturq Cəfər Cabbarlı ilə yaxın dost olub.

Hacıməmməd Qafqazlı 1982-ci ilin sentyabrında 84 yaşında vəfat edib.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943
  • "Əmək igidliyinə görə" medalı — 22 iyul 1949

Filmoqrafiya

  • Arşın mal alan (film, 1965)
  • Bir məhəllədən iki nəfər (film, 1957)
  • Bir nömrəli… (film, 1980)
  • Biri vardı, biri yoxdu... (film, 1967)
  • Bismillah (film, 1925)
  • Fətəli xan (film, 1947)
  • Xoşbəxtlik qayğıları (film, 1976)
  • Kölgələr sürünür (film, 1958)
  • Qanun naminə (film, 1968)
  • Qəribə adam (film, 1979)
  • Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film)
  • Qızmar günəş altında (film, 1957)
  • Səbuhi (film, 1941)
  • Şərikli çörək (film, 1969)
  • Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  • Yeddi oğul istərəm... (film, 1970)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hacıməmməd qafqazlı sözünün mənası, hacıməmməd qafqazlı haqqında məlumat. hacıməmməd qafqazlı nədir? hacıməmməd qafqazlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qetit

  • Mart 06, 2026

    Çuy vilayəti

  • Fevral 27, 2026

    Əşya

  • Mart 01, 2026

    Mikrodalğalı soba

  • Fevral 27, 2026

    Valentin Serov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst