Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun eyniadlı inzibati-ərazi vahidinə daxil olan kənd. Kənd düzənlikdə yerləşir. Cəbrayıl şəhərindən 5 km cənu

Hacılı (Cəbrayıl)

  • Ana Səhifə
  • Vikipediya
  • Hacılı (Cəbrayıl)

Hacılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun eyniadlı inzibati-ərazi vahidinə daxil olan kənd. Kənd düzənlikdə yerləşir. Cəbrayıl şəhərindən 5 km cənubdadır.

Hacılı
39°18′37″ şm. e. 47°04′14″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Hacılı xəritədə
Hacılı
Hacılı

Mündəricat

Tarixi

Rusiya İmperiyası dövründə Hacılı 1 və Hacılı 2 kəndləri Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının eyniadlı kənd dairəsinə daxil idi.

Sovet işğalından sonra Hacılı Azərbaycan SSR-in Cəbrayıl rayonunda eyniadlı kənd sovetliyinin tərkibinə daxil idi. Kənddə klub, kitabxana və tibb mərkəzi var idi.

1933-cü ildə Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Azərbaycan SSR-in Cəbrayıl rayonunun Daş Veysəlli kənd sovetliyinə daxil olan Hacılı kəndində 79 təsərrüfat (17 ümumiləşdirilmiş və 62 xüsusi sahibkar) və 296 sakin (153 kişi və 143 qadın) var idi. Daş Veysəlli kənd sovetliyinin bütün əhalisi türklərdən (azərbaycanlılardan) ibarət idi.

1993-cü ilin avqustunda Qarabağ müharibəsinin nəticəsi olaraq kənd Ermənistan qüvvələri tərəfindən işğal olunmuşdur.

19 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Hacılı kəndinin bir hissəsinin Azərbaycan Ordusu tərəfindən azad edildi. Üç gün sonra Prezident Əliyev kəndin digər hissəsinin də azad edildiyini bəyan etdi. 7 noyabr tarixində Azərbaycan Müdafiə Nazirliyi Hacılı kəndinin Azərbaycan nəzarətində olduğunu göstərən video görüntüləri yayımladı.

Toponimikası

  • Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi hacılı tirəsinə mənsub ailələrin Dübar adlı sahədə məskunlaşması nəticəsində yaranmışdır;
  • Füzuli rayonunun Böyük Bəhmənli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir.
  • Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi təklə tayfasının tağıbəyli, şəkərbəyli, odaqlı, seyidəhmədli, mehralı, mollaməhərrəmli və mahmudlu tirələrindən ibarət olmuş hacılı qoluna mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

Əhalisi

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının eyniadlı kənd dairəsinə daxil olan Hacılı 1 və Hacılı 2 kəndlərində 63 ev var idi və burada 272 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş), dini baxımdan şiə olan kəndlilər yaşayırdı, onlardan 10-u ruhani nümayəndəsi idi, digərləri isə kəndlilər idi.

1912-ci il "Qafqaz Təqvimi"nə görə, Qaryagin qəzasının Hacılı kəndində 451 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.

1986-cı ildə kənddə 383 nəfər yaşayırdı. Kənd əhalisi heyvandarlıq, buğda əkinçiliyi, ipəkçilik və üzümçülüklə məşğul olurdu.

Həmçinin bax

  • Cəbrayıl rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hacılı (cəbrayıl) sözünün mənası, hacılı (cəbrayıl) haqqında məlumat. hacılı (cəbrayıl) nədir? hacılı (cəbrayıl) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cəmil Həsənli

  • Mart 06, 2026

    Məmişlər (Şuşa)

  • Mart 03, 2026

    TOEFL IBT

  • Fevral 27, 2026

    Statoyl

  • Mart 06, 2026

    Henrix Mxitaryan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst