Hacıismayıllı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Seyidbazar kənd inzibati ərazi dairəsində kənd.
| Hacıismayıllı | |
|---|---|
| 39°10′ şm. e. 48°27′ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Cəlilabad rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 90 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 512 (2009) nəfər |
![]() Hacıismayıllı | |
Tarixi
Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub. Müsahibimiz Cavid Babayev bildirir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları orta əsrlərə aid qəbiristanlığı nəzarətə götürüb.
Bu və digər oxşar tədqiqatlar göstərir ki, kənd yaşayış məntəqəsi kimi qədim və zəngin tarixə malikdir.
Toponimikası
Muğan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Şatırlı kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Hacıismayıllı kəndin əsasını qoymuş nəslin adıdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 512 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hacıismayıllı (cəlilabad) sözünün mənası, hacıismayıllı (cəlilabad) haqqında məlumat. hacıismayıllı (cəlilabad) nədir? hacıismayıllı (cəlilabad) nə deməkdir?
