Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsən Sultan oğlu Zeynalov (1 yanvar 1951, Yengicə, Noraşen rayonu) — Azərbaycanın Türkmənistan və Əfqanıstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri.

Həsən Zeynalov

  • Ana Səhifə
  • Vikipediya
  • Həsən Zeynalov

Həsən Sultan oğlu Zeynalov (1 yanvar 1951, Yengicə, Noraşen rayonu) — Azərbaycanın Türkmənistan və Əfqanıstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri.

Həsən Zeynalov
Azərbaycanın Türkmənistan fövqəladə və səlahiyyətli səfiri
23 dekabr 2015 – 29 avqust 2023
ƏvvəlkiVəhdət Sultanzadə
SonrakıQismət Gözəlov
Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri
2 may 2016 – 28 iyul 2021
ƏvvəlkiVəhdət Sultanzadə
Sonrakıİlham Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1951(1951-01-01) (75 yaş)
Doğum yeri
  • Yengicə, Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti,
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fəaliyyəti diplomat, səfir
Elmi fəaliyyəti
Elm sahəsi diplomatiya

Təltifləri 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 202520252-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20192019

Mündəricat

Həyatı

Həsən Zeynalov 1951-ci ilin yanvar ayının 1-də Şərur rayonu Yengicə kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi, daha sonra isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Fəaliyyəti

  • 1970–1983 – Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunda, texnik, mühəndis, baş mühəndis.
  • 1983–1986 – Bakı şəhər Səbail rayonu İcraiyyə Komitəsinin Kommunal-Təsərrüfat İdarəsinin rəisi.
  • 1986–1992 – Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunda, baş mühəndis.
  • 1992 – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk çağırış deputatı seçilib.
  • 1992–2004 – Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi nümayəndəsi.
  • 2004–2010 – Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş konsulu.
  • 2010–2015 – Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi.
  • 2015–2023 – Azərbaycan Respublikasının Türkmənistanda Fövqəladə və səlahiyyətli səfiri
  • 2016–2021 – Azərbaycan Respublikasının eyni zamanda Əfqanıstan İslam Respublikasında Fövqəladə və səlahiyyətli səfiri

Ailəsi

Evlidir, üç övladı və beş nəvəsi var.

Yazdığı kitab

"Diplomatın tale yolu" adlı kitab Həsən Zeynalovun göstərdiyi səmərəli fəaliyyətə işıq salan təkzibedilməz faktlar, rəsmi və mətbu sənədlər, canlı xatirələr əsasında ədəbi-publisistik üslubda qələmə alınıb. Nəşrdə diplomat haqqında "İnsan ömrünə uvertüra", "İstiqlal mübarizəsi – milli təlatüm dövrü", "Qars: ermən fitnəkarlığı ilə mübarizə", "İstanbul dövrü fəaliyyəti: ziddiyyətlər içərisində" və digər yazılar yer alıb. Kitab "Şərq-Qərb" nəşriyyatında çap olunub, 680 səhifədən ibarətdir.

Mükafatları

2019-cu ilin iyul ayında Həsən Zeynalov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

30 dekabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həsən Zeynalov haqqında məlumat. Həsən Zeynalov nədir? Həsən Zeynalov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Macar əlifbası

  • Mart 01, 2026

    İzberbaş

  • Fevral 27, 2026

    Türkmənçay (İran)

  • Mart 01, 2026

    Türkman

  • Mart 01, 2026

    Hemitripterinae

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst