Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsən İsmayılov (tam adı:Həsən Tağı oğlu İsmayılov; (d.1 aprel 1915, Çomaxtur, Şərur rayonu, Rusiya imperiyası - ö.2 mart 1940, Finlandiya) — pedaqoq, hidro mel

Həsən İsmayılov

  • Ana Səhifə
  • Vikipediya
  • Həsən İsmayılov

Həsən İsmayılov (tam adı:Həsən Tağı oğlu İsmayılov; (d.1 aprel 1915, Çomaxtur, Şərur rayonu, Rusiya imperiyası - ö.2 mart 1940, Finlandiya) — pedaqoq, hidro meliorator mühəndis.

Həsən İsmayılov
Həsən Tağı oğlu İsmayılov
Doğum tarixi 1 aprel 1915
Doğum yeri Çomaxtur, Şərur rayonu, Naxçıvan MR, Rusiya imperiyası
Vəfat tarixi 2 mart 1940 (24 yaşında)
Vəfat yeri
  • Finlandiya
Vəfat səbəbi Həlak olub
Dəfn yeri Naməlum
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR
Həyat yoldaşı
  • Xədicə Qazıyeva
Uşağı
  • Sofiya Hüseynova
Atası Tağı İsmayılov
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti mühəndis
Fəaliyyət illəri 1939-cu ildən

Həyatı

Həsən Tağı oğlu İsmayılov 1 aprel 1915-ci ildə (bəzi sənədlərdə təvəllüd tarixi 1913 göstərilir) Şərur qəzasının Çomaxtur kəndində görkəmli şəxsiyyət erməni daşnaqlarına qarşı mübariz, partizan dəsdəsinin cəsur komandiri Tağı Məşədi Mahmud oğlu İsmayılovun ailəsində anadan olmuşdur.

1931-ci ildə Yengicə kənd orta məktəbini yüksək qiymətlərlə bitirən Həsən İsmayılov, 1934–1939-cu illərdə Ağamalıoğlu adına Bakı Kənd Təsərrüfatı Texnikumunda meliorator-hidrotexnik ixtisası üzrə təhsil almışdır.

O, geniş erudisiyası və istedadı sayəsində musiqi alətlərində, xüsusilə də tarda mahir ifa etməyi öyrənmiş, musiqi təhsili də almışdır.

Təhsilini uğurla başa vuran Həsən İsmayılov Naxçıvan Su Təsərrüfatında çalışmış, eyni zamanda Ordubad Pedaqoji Məktəbini bitirmişdir.

Daha sonra o, Şərurun Aralıq, Şəhriyar və bir neçə digər kəndlərində müəllim işləmiş, insanların maariflənməsi üçün var gücü ilə çalışmışdır.

Həmin dövrdə savadlı kadrlara olan ehtiyacın ödənilməsi mümkün deyildi. Odur ki, Həsən İsmayılov kimi ziyalılar eyni zamanda bir neçə yerdə işləməyə məcbur olurdular. Bu səbəbdən də o, bir müddət məhkəmə orqanlarında da çalışmış, qüsursuz xidmət göstərmişdir.

Həsən İsmayılov Naxçıvan Firqə Şura Məktəbini bitirmişdi. O, həmçinin, xüsusi nişançılar hazırlayan atıcılıq kursunda fəal iştirakına və kursu uğurla başa vurduğuna görə, birinci dərəcəli "Voroşilov" nişanı ilə təltif olunmuşdur.

Ömrün sonu

Həsən İsmayılov 25 mart 1939-cu il tarixində taleyin amansız gərdişi onu doğma el-obasından ayırır o, SSRİ ilə Finlandiya arasındakı müharibəyə cəlb olunur.

Həsən İsmayılov qısa olsa da, zəngin həyat yolu keçib, uzun insan ömrünə sığmayacaq qədər işlər körməyə nail olub. Onun həyatının mülki həyatda keçən hissəsinə dair xatirələr, dildən-dilə keçən məlumatlar kifayət qədərdir. Hərbi xidmət və müharibə dövrünə aid həyat yolunu isə yalnız arxiv sənədlərinə müraciət etməklə öyrənmək mümkündür. Keçmiş SSRİ-nin arxivlərindəki məlumatlara əsasən, Həsən İsmayılov SSRİ-Finlandiya müharibəsində xüsusi qəhrəmanlıq və şücaət göstərmiş, şəxsi fədakarlığı ilə digərlərindən fərqlənmişdir.

Lakin amansız əcəl Həsən İsmayılovun ömür yolunun yarımçıq qalmasına səbəb olmuş, özü, doğmaları, xalqı və canından artıq sevdiyi Azərbaycanın inkişafı üçün sonsuz arzularla döyünən ürəyi əbədi olaraq susmuşdur.

2 mart 1940-cı il tarixində gənc döyüşçü Həsən İsmayılov qəhrəmancasına həlak olmuşdur.

  • Tanınmış şəxsiyyət Məşədi Mahmud İsmayıloğlunun nəvəsidir.
  • İstiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən Tağı İsmayılovun oğludur.
  • Filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun qardaşıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həsən İsmayılov haqqında məlumat. Həsən İsmayılov nədir? Həsən İsmayılov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Müştəri (informatika)

  • Fevral 28, 2026

    Chlidonias albostriatus

  • Fevral 27, 2026

    Lui Armstronq

  • Fevral 27, 2026

    Şöhrətpərəstlik

  • Fevral 26, 2026

    Baton-Ruj

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst