Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hərbi and — dövlətin ordusuna hərbi xidmətə alınma zamanı məcburi hərbi xidmətə alınan şəxs tərəfindən oxunan bir and. Hər bir dövlətin özünəməxsus hərbi andı o

Hərbi and

  • Ana Səhifə
  • Vikipediya
  • Hərbi and

Hərbi and — dövlətin ordusuna hərbi xidmətə alınma zamanı məcburi hərbi xidmətə alınan şəxs tərəfindən oxunan bir and. Hər bir dövlətin özünəməxsus hərbi andı olsa da, əsasən, bu andlar dövlətə və orduya sədaqətlə bağlı olur. Həm müddətli, həm də müddətsiz hərbi qulluqçulara şamil edilir.

Mündəricat

Azərbaycanda hərbi and

Tarixi

Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi andı 8 dekabr 1991-ci ildə qəbul edilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Andının mətni 1991-ci ilin oktyabr ayında Müdafiə nazirinin ictimai və siyasi işlər üzrə müavini polkovnik Mehman Səlimov tərəfindən hazırlanıb və oktyabrın 9-da o vaxtkı Ali Sovet tərəfindən təsdiqlənib. Hərbi And ilk dəfə hərbi hissənin komandiri polkovnik Zadir Rzayev, hərbi hissənin qərargah rəisi mayor Nurəddin Abdullayev, müdafiə nazirinin müavini Mehman Səlimov tərəfindən əsgərlər tərəfindən qəbul etmişlərdir daha sonra könüllülərdən ibarət ilk hərbi hissə Şəhidlər Xiyabanında Hərbi Andı qəbul edib. "Birinci tabor" adlanan, könüllülərdən ibarət bu hərbi hissənin döyüşçüləri dekabrın 10-da Şuşanın və Goranboy rayonunun müdafiəsinə yollanıb. Hərbi Anda əsgərləri hərbi hissənin ilk komandiri polkovnik Zadir Rzayev gətirib. Hərbi Andı müdafiə nazirinin keçmiş müavini general-mayor Dadaş Rzayev qəbul edib.

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Andı

Mən Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olarkən, Vətənim Azərbaycana və onun xalqına sadiq olacağıma and içirəm.

Təntənəli surətdə and içirəm!

Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü qanımı və canımı əsirgəməyəcəyəm.

Səmimi, cəsur, intizamlı olacaq, hərbi sirri verməyəcək, hərbi nizamnamələrin tələblərini yerinə yetirəcək, komandirlərin və rəislərin əmrlərinə sözsüz tabe olacağam.

Hərb işini vicdanla öyrənəcək, əcdadların hərbi ənənələrini şərəflə davam və inkişaf etdirəcək, hər an əldə silah Vətənin müdafiəsinə qalxmağa hazır olacağam.

Andımı pozsam, Azərbaycan Respublikası qanunlarının tam ciddiyyəti ilə məsuliyyət daşımağa hazıram.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hərbi and haqqında məlumat. Hərbi and nədir? Hərbi and nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Agioqrafiya

  • Fevral 27, 2026

    Çarlz Bebbic

  • Mart 01, 2026

    Hispaniya

  • Fevral 27, 2026

    İdiş

  • Mart 01, 2026

    102 (ədəd)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst