Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gədəbəy kilsəsi – Gədəbəy şəhəri yaxınlığında meşədə yerləşən kilsədir. Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat olmasa da, inşa tarixi bəlli o

Gədəbəy kilsəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Gədəbəy kilsəsi

Gədəbəy kilsəsi – Gədəbəy şəhəri yaxınlığında meşədə yerləşən kilsədir. Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat olmasa da, inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxminən VII-VIII əsrlərdə inşa edilməsi ehtimalı qeyd edilmişdir.

Gədəbəy kilsəsi
Ölkə  Azərbaycan
Şəhər Gədəbəy rayonu
Yerləşir Gədəbəy
Aidiyyəti Alban Həvari Kilsəsi
Tikilmə tarixi VII-VIII əsrlər
Vəziyyəti qəzalı
40°33′49″ şm. e. 45°50′13″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kilsə binası planda şərq-qərb hissəyə uzadılmış xaçvari formaya malikdir. Uzadılmış şərq qolunda yarımdairəvi apsida yerləşir, digər qollar isə düzbucaqlı formada tamamlanırlar. Onların kəsişməyerində daxildən dairəvi, xaricsən isə səkkizbucaqlı olan baraban ucalır. Baraban üzərini tamamlatan günbəz dövrümüzə çatmamışdır.

Mündəricat

Tarixi

Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat yoxdur. G. Məmmədovaya görə memarlıq təhlili və Gürcüstan ərazisində yerləşən, dəqiq inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxmini inşa tarixi haqqında fikir söyləmək mümkündür. Plan və xarici həcminin həllinə görə məbəd, VI-XI əsrlərin Kunturis Sakdari və Açkuridəki Müqəddəs Georgi kilsələri kimi “sərbəst xaç” tipli kilsələri ilə oxşarlıq təşkil edir.

G. Məmmədovanın fikrincə abidənin konstruktiv həllinin analizi, kvadrat təməldən dairəvi dacili və səkkizbucaqlı xarici barabana keçidin yelkənlərlə təmin edilməsinə əsasən kilsəni təxminən VII-VIII əsrlərə aid etmək mümkündür. Həmin dövrdə “sərbəst xaç” tipli kilsələr bütün Cənubi Qafqazda, o camlədən Qafqaz Albaniyası ərazisində geniş yayılmışdı.

Memarlıq xüsusiyyətləri

Kilsənin interyeri

Kilsə binası planda şərq-qərb hissəyə uzadılmış xaçvari formaya (8.8 x 7.1 m) malikdir. Uzadılmış şərq qolunda yarımdairəvi apsida yerləşir, digər qollar isə düzbucaqlı formada tamamlanırlar. Onların kəsişməyerində daxildən dairəvi, xaricsən isə səkkizbucaqlı olan baraban ucalır. Baraban üzərini tamamlatan günbəz dövrümüzə çatmamışdır.

Kilsə şərq və cənub qollarında yerləşən iki cüt pəncərə vasitəsiylə işıqlandırılır. Həmçinin günbəzin barabanında da iki cüt pəncərə yerləşir. Kilsənin daxili həcminin həllində sərt formalara üstünlük verilmidir. Dekor demək olar ki, yoxdur.

Günbəzaltı kvadratın küncləri düzbucaqlı bölmə profili ilə kəsilib və həll edilib. Barabanı saxlayan ikiqat tağlar yüksək mərkəzi hissədən alçaq yan hissələrə tədricən keçid yaradır. Tağların impostları sadə və hamar kapitellərə malik daşıyıcı kürəklərə söykənir. Kvadrat təməldən baraban dairəsinə keçid yelkənlər vasitəsiylə həyata keçirimişdir.

Bina müxtəlif ölçülü bazalt daşları və əhəng məhlulundan hörülmüşdür. Binanın fasadının bəzi yerlərində divar suvağı qalmışdır. Divarların qalınlığı 95 – 120 sm arasında dəyişir.

Ədəbiyyat

  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gədəbəy kilsəsi sözünün mənası, gədəbəy kilsəsi haqqında məlumat. gədəbəy kilsəsi nədir? gədəbəy kilsəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Skayler Vayt

  • Mart 06, 2026

    Qaranlıq Krallıq

  • Fevral 23, 2026

    Çərşənbə axşamı

  • Fevral 28, 2026

    Əliqasımlı

  • Fevral 27, 2026

    Xeb

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst