Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gədəbəy hadisələri və ya Söyüdlü hadisələri — Gədəbəyin Söyüdlü kəndində Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına razı olmayan kən

Gədəbəy hadisələri

  • Ana Səhifə
  • Vikipediya
  • Gədəbəy hadisələri

Gədəbəy hadisələri və ya Söyüdlü hadisələri — Gədəbəyin Söyüdlü kəndində Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına razı olmayan kənd sakinlərinin 20 iyun 2023-cü il tarixində başlatdıqları etiraz aksiyaları. Etiraza səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, həm də qızıl mədən tullantıxanasının ləğvi və qızıl emalı zavodunun zəhərli tullantıları ərazidə toplanması faktorudur. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunlar yeridilib. Polis gözyaşardıcı qaz və rezin güllə istifadə edərək etiraz aksiyasını yatırdıb.

Gədəbəy hadisələri
Tarix 20 iyun – 21 iyun 2023
Yeri Söyüdlü kəndi, Gədəbəy rayonu,
Azərbaycan
Səbəbi Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün 2-ci süni gölün yaradılması
Nəticəsi Söyüdlü kəndinin blokadası
Münaqişə tərəfləri

Azərbaycan hökuməti
Daxili İşlər Nazirliyi

Gədəbəy sakinləri

Komandan(lar)

İlham Əliyev
Vilayət Eyvazov

mərkəzləşmiş rəhbərlik yoxdur


Hökumət iddiası:
Etibar Cabbarov

İtkilər

bilinmir

Azı 5 nəfər həbs edildi.

Ümumi itkilər
Bilinmir
    Söyüdlü kəndi 2019-cu ildə

    Kənd sakinləri 21 iyun 2023 tarixində 2-ci dəfə aksiya keçirib. Onlar ötən günki aksiyada həbs olunan 5 nəfərin sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub. Polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb. Polislər Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxışı bağlayıblar və kəndə yalnız sakinlər buraxılıb.

    Mündəricat

    Zəmin

    Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirirlər. Hökumətyönlü medianın bir neçəsi iddia edir ki, Gədəbəy hadisələrinin arxasında Qərb-ABŞ dayanıb. Həmçinin bu etirazların təşkilində Rusiyanın adını çəkən media orqanları da var. Eləcə də Milli Məclisdə Gədəbəy hadisələrinin müzakirəsində deputatlar xarici iz axtarsalar da, digər ziyalılar belə bir izin axtarılmasını tamamilə əsassız sayırlar. Sakinlər süni gölün suyunun zəhərli olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirmişlər. Aksiya iştirakçıları bildiriblər ki, yaradılan su hövzəsində zəhərli maddələr toplanır. Etiraza əsas səbəb isə kənddə yaradılması planlaşdırılan ikinci su hövzəsidir.

    Hadisələr

    Söyüdlü

    Bakıda

    Reaksiyalar

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, "polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb."

    Videobloqqer, siyasətçi, jurnalist Mehman Hüseynov YouTube kanalında hadisə ilə bağlı videopaylaşım edib. O, paylaşımında aksiyada iştirak edən polislərin cəzalandırılmasını tələb edib.

    Müğənni, xalq artisti Brilliant Dadaşova Instagram hesabında hadisə ilə bağlı paylaşım edib. O, paylaşımında hadisəni qınayıb.

    Siyasətçi, Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, Söyüdlü camaatı onların rahatlığını pozan, həyatlarını və həyətlərini zəhərləyən, dolanışığına və təsərrüfatlarına ciddi təhlükə törədən sianid süni göllərinə qarşı etiraz edirlər.

    Nəticə

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gədəbəy hadisələri sözünün mənası, gədəbəy hadisələri haqqında məlumat. gədəbəy hadisələri nədir? gədəbəy hadisələri nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Yəhudi fəlsəfəsi

    • Mart 01, 2026

      Adil Şükürov

    • Mart 04, 2026

      Aşpazlıq

    • Mart 07, 2026

      Baksan rayonu

    • Fevral 27, 2026

      Lirik

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Mart 06, 2026

      Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst