Gündüz bəy (d. 1245? – ö. 1299 İnəgöl) — Oğuz türklərinin Bozox tayfa ittifaqının Qayı tayfasından olan Ərtoğrul Qazi ilə Həlimə Xatunun böyük oğludur. O, Osmanlı imperiyasının banisi olan I Osmanın böyük qardaşıdır.
| Gündüz bəy | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | təq. 1245 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1299 (53–54 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Atası | Ərtoğrul Qazi |
| Anası | Həlimə Xatun |
| Uşaqları |
|

Əskişəhərdə sancaqbəyi olmuşdur. O, həm də Osmanlı imperiyasının ilk subaşısıdır. Aydoğdu bəy və Aktemur bəy adlı iki övladı olmuşdur.
Gündüz bəy 1299-cu ildə baş vermiş olan İnəgölün tutulması zamanı vəfat etmişdir.
Populyar mədəniyyətdə yeri
1988-ci ildə TRT 1-də yayımlanmış olan Türk serialı "Kuruluş Osman"da Eşref Kolçak tərəfindən canlandırılmış, 2014-2019-cu illər arasında yenə də TRT 1-də yayımlanmış olan, Diriliş Ərtoğrul serialında isə uşaqlıq dövrünü Yaman Tümen, gənclik dövrünü isə Arif Diren canlandırmışdır.
Axırıncı dəfə isə, hal-hazırda ATV -də yayımlanmış olan Quruluş Osman adlı serialda isə Emre Başalak tərəfindən canlandırılmışdır.
Həmçinin baxın
- Gündüz Alp
- Qayı tayfası
- Saru Batu Savcı bəy
- Dündar bəy
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gündüz bəy haqqında məlumat. Gündüz bəy nədir? Gündüz bəy nə deməkdir?