Gümüşlü — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yaycı kənd inzibati ərazi dairəsi tərkibindəki Gümüşlü qəsəbəsi kənd statusuna aid edilərək Gümüşlü kəndi adlandırılmışdır.
| Gümüşlü | |
|---|---|
| 39°38′44″ şm. e. 45°05′12″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Gümüşlü | |
Gümüşlü kəndinin adı SSRİ zamanında orda yerləşən, gümüş rezervindən gəlir. Gümüşlü əhalisi öz ali savadlığı ilə Şərurda rayonunda önəm daşıyan qəsəbələrdən idi. Kənddə 4 restorant, 1 kinoteatr, 1 orta məktəb yerləşirdi. Əhalinin sözlərinə görə Gümüşlü kəndinə hər gün 5 dəfə avtobus reysi var imiş. Gümüşlü qəsəbə statusunu 91-də məcburi köç səbəbilə itirdi. 91-ə qədər aktiv bir qəsəbə olan Gümüşlü, köç verərək dinamikliyini itirməyə başladı və hal-hazırda kənd əhalisi əllə sayıla biləcək qədərdir. Kənddə yerləşən Arpaçay SES (su-elektrik stansiyası) Arpaçayın başlanğıcı olaraq bilinir və Arpaçay Su Anbarından (Yuxarı Göl) suyu Arpaçaya daşıyır.
Tarixi
29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası
Dərələyəz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi 1964-cü ildə Gümüşlü filiz idarəsi yaxınlığında salındığına görə belə adlandırılmışdır.
Əhalisi
Əhalisi 1943 nəfərdir (2009-cu il)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gümüşlü (Şərur) haqqında məlumat. Gümüşlü (Şərur) nədir? Gümüşlü (Şərur) nə deməkdir?
