Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gülzar Qurbanova (24 iyul 1970) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti.

Gülzar Qurbanova

  • Ana Səhifə
  • Vikipediya
  • Gülzar Qurbanova

Gülzar Qurbanova (24 iyul 1970) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti.

Gülzar Qurbanova
Doğum tarixi 24 iyul 1970(1970-07-24) (55 yaş)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Elxan Cəfərov
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1986-cı ildən
Təhsili Sergey Gerasimov adına Ümum-İttifaq Dövlət Kinematoqrafiya İnstitutu, SSRİ SSRİ
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti — 2011
IMDb ID3363495

Mündəricat

Həyatı

Gülzar Qurbanova 24 iyul 1970-ci ildə anadan olmuşdur. 1986-cı ildə Moskvada yerləşən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) tanınmış rus aktyoru və rejissoru Aleksey Batalovun teatr və kino aktyorluğu ixtisası sinifinə qəbul olunur. Azərbaycanlı aktyor və rejissor Elxan Cəfərovun həyat yoldaşıdır. Ssenarist Mailə Muradxanlının gəlinidir.

Fəaliyyəti

1990-cı ildən Yuğ Dövlət Teatrında çalışır. Gülzar Qurbanova “Oğul” (Banu Çiçək, “Kitabi Dədə Qorqud”), “Salam” (Şəhriyarın həyat yoldaşı, M.Şəhriyar), “Səma” (Səda, Ş.İ.Xətainin), “Açar” (Tülkü, G.Nizami), “Ümid” (Qadın), “Dad” (Şıltaq qız, M.Füzuli), “Sentemental vals” (Nataşa, A.P.Çexov), “Arabir görüşməyə kişi axtarıram” (Qadın, R.İbrahimbəyov), “Can üstə” (Yazıçı, A.Məsud), “Vəsl” (Qadın, M.Füzuli), “Yar” (Qadın, M.Füzuli), “Naməlum Axundzadə” (Şəhrəbanu, Xacə Məsud, M.F.Axundzadə), “Medeya” (Medeya, V.Klim), “Səsimi unutma” (Qadın, K.Abdulla) və s. tamaşalarında uğurla çıxış edib.

Kinoda 20-dən çox obraz yaradıb. Aktrisa “Qəm pəncərəsi” (1986), “İmtahan” (1987), “Ölsəm, bağışla” (1989),“Beşmərtəbəli evin altıncı mərtəbəsi” (1996),“Ərazi” (2005),“Dovşanın ölümü” (2008),“Bir addım” (2009),“Əlavə təsir” (2010),“Qardaşımdan yaxşısı yox idi” (2010),“Kabusun gözüylə” (2010),“Dolu” (2012),“Mayak” (2-12),“Sübhün səfiri” (2012), “Çaqqal nəfəsi” (2013),“Yarımçıq xatirələr” (2015),“Qırmızı bağ” (2016) və s. filmlərdə yaratdığı maraqlı obrazlarla tamaşaçıların sevgisini qazanıb.

2015-ci ildə “Yarımçıq xatirələr” filminə görə “Ən yaxşı qadın rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb.

2024-cü ildə Vyetnam Kino Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində Vyetnam-Azərbaycan kino əlaqələrinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq, Azərbaycan kino heyətinin nümayəndələri, Azərbaycan Kinematoqrafçılar İttifaqının təmsilçiləri Əməkdar artist, aktrisa Gülzar Qurbanova və Əməkdar artist, aktyor Cavanşir Hadıyev Vyetnam Sosialist Respublikasınında 9-14 sentyabr tarixlərində Vyetnam kinoassosiyasının təşkil etdiyi "Qızıl Çərpələng 2024" mükafat mərasimində rəsmi səfərdə olublar.

Ad və mükafat

  • "Yarımçıq xatirələr" filminə görə "Ən yaxşı qadın rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015-ci il)
  • Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycanın Əməkdar Artisti (2011)
  • 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 6 may 2023-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Qəm pəncərəsi (film, 1986)(tammetrajlı bədii film)(rol:Xudayarın qızı)
  2. İmtahan (film, 1987)(tammetrajlı bədii film)(rol: Qumru)
  3. Aeroportda hadisə (Tacikfilm, 1987) (tammetrajlı bədii film), (rol: Fəridə)
  4. Ölsəm... bağışla (film, 1989)(tammetrajlı bədii film),(rol: Gülya)
  5. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)(tammetrajlı bədii film)(rol: Mədinə)
  6. "Ağ-qara" gecələr (film, 2013)(tammetrajlı bədii film)(rol: qadın)
  7. Ərazi (film, 2005)(qısammetrajlı bədii film)
  8. İtkin pay
  9. Dovşanın ölümü (film, 2008)(qısammetrajlı bədii film)
  10. Bir addım (film, 2009)(qısammetrajlı bədii film)
  11. Əlavə təsir (film, 2010)(tammetrajlı bədii film)(rol: Xədicə)
  12. Qardaşımdan yaxşısı yox idi (film, 2010)(tammetrajlı bədii film)
  13. Kabusun gözüylə (film, 2010)(tammetrajlı bədii film)
  14. Dolu (film, 2012)(tammetrajlı bədii film)(rol: Pələngin anası)
  15. Mayak (film, 2012)(qısammetrajlı bədii film)(rol: Akifin anası)
  16. Sübhün səfiri (film, 2012)(tammetrajlı bədii film)(rol: Nanə)
  17. Çaqqal nəfəsi (film, 2013)(bədii serial)
  18. Qonşu qadın (film, 2015) (qısammetrajlı bədii film) (rol: qadın)
  19. Yarımçıq xatirələr (film, 2015)(tammetrajlı bədii film)(rol: Janna)
  20. Qırmızı bağ (film, 2016)(tammetrajlı bədii film)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gülzar Qurbanova haqqında məlumat. Gülzar Qurbanova nədir? Gülzar Qurbanova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    İbrahim

  • Fevral 27, 2026

    Sədrəzəm

  • Fevral 27, 2026

    Mordov dilləri

  • Fevral 27, 2026

    Visbaden

  • Fevral 25, 2026

    Artilleriya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst