Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gültəpə (əvvəlki adı: Təkə Şıx) — Azərbaycan Respublikasının Quba rayonunun Tüləkəran kənd inzibati ərazi dairəsində kənd.

Gültəpə (Quba)

  • Ana Səhifə
  • Vikipediya
  • Gültəpə (Quba)

Gültəpə (əvvəlki adı: Təkə Şıx) — Azərbaycan Respublikasının Quba rayonunun Tüləkəran kənd inzibati ərazi dairəsində kənd.

Gültəpə
41°17′38″ şm. e. 48°28′30″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 545 (2009) nəfər
Xəritəni göstər/gizlə
Gültəpə xəritədə
Gültəpə
Gültəpə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təkə Şıx kəndi  Təkəli tayfasının adı ilə bağlıdır. Türkmənlərdə bu adda tayfanın olması S.Ataniyazovun tədqiqatlarında da təsdiqlənir. O qeyd edir ki, Təkə türkmənlərin ən böyük Türk tayfalarından biridir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Bəzi tədqiqatçılar Təkəliləri qədim türk xalqı olan Massagetlərlə də əlaqələndirirlər. Yunanlar və romalılar oğuzları “massagetlər” adlandırmışlar. Latın dilində “mas”- “kişi, adam”; “sagetta” isə “ox” deməkdir. Onlar bizim Oğuz xalqının adının “ox” inancından yarandığını öyrənərək bu cür adlandırmışlar. Massaget tərcümədə “oğuzlar” mənasına gəlir. Massagetlər qədim oğuzların adı olaraqda hallanır. Təklələr cəsur, qorxmaz, döyüşkən bir tayfa kimi xarakterizə olunur. Xivə Xanı Əbül Qaziyə görə, Təkəli tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır. Təkəlilərin kökü Salur Qazandan gəlir. Salurlar Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. "Salur" sözünün mənası "Qılınc yelləyən" deməkdir. Salurlar əsl Xəzər ətrafında yaşamışdır. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır. Salurlar içində ciddi ölçüdə qıpçaqlıq da var. Xəzər regionu hər zaman Oğuz və Qıpçaq tayfalarının birləşib bir arada yaşadığı bölgə olmuşdur. Eyni şəkildə Anadoluda Salurlar içində Oğuz və Qıpçaq tayfalar birlikdə Xəzər və İran ərazisindən köç edərək, qaynaşaraq bir arada yaşamağı davam etdirdilər. Təkəlilər Salurların üç əsas tirəsindən biridir. Bu tayfalar dünyanın bir çox ölkələrində, Antalyadan tutmuş Çinədək olan ərazilərdə özlərinə yurd-yuva qurublar. Azərbaycanda xidmət edən rus kazaklarından biri yazıçı Yevgeniy Markova 1880–1881-ci illərdə nəql edib: “Təkəlilərə halaldı! Onlar pis xalq deyillər, amma bizim kazaklar onlara çarmazlar! Nəyi pisdir ki, biri bizim beş kazaka qarşı vuruşar, heç vaxt da təslim olmaz”. Kazak heç də yalan danışmırdı. Bir çox mənbələr, harada ki, rus araşdırmacıları və çar məmurları Təkəli tayfasının rusların başına açdığı oyunlardan yazırlar. Təkə Türkmən qəbiləsi olmaqla yanaşı, hətta deyərdim ki, ən önəmli qəbilələrdəndir. Kifayətdir qeyd edək ki, müasir Türkmən dilinin bünövrəsində məhz Təkə dialekti durur. Quba xanlığı dövründə indiki Təkə Şıx kəndi 1796-ci ildə "Təklə", 1831-ci il sənədlərində "Təkəli", kimi gösdərilmişdir, həmin sənədlərdə kənddə 50 ailənin yaşadıqı, kişilərinsə sayının 142 olduqu gösdərilir. Həmçinin kənddə bir su dəyirmanının olduğu da gösdərilir, dəyirman yaxın zamanlara kimi kənd ərazisində qalırdı. 1918-ci ilin sənədlərində kəndin adı "Təkə" olaraq gösdərilmişdir. Kəndin tarixi çox qədimdir. Kəndin yaşlı sakinlərinin dediynə görə kəndin adı və nəsli tək bir adamın adı ilə bağlıdır. Bu da Əbül Qazinin dedikləri ilə üst-üstə düşür. SSRİ dövründə kəndin adı dini-siyasi görüşlərə görə dəyişilərək "Gültəpə" adlanmağa başlanmışdır.

Mündəricat

Toponimikası

  • Gültəpə oyk, sadə.
  • Quba r-nunda Böyük Qafqaz dağlarının ətəyindədir.Təkə Şıx, "Təkəlilərin şeyxi" deməkdir. Şeyx-Ərəbcə hörmət ifadəsini yetirən tituldur. Söz "yaşlı" deməkdir. "Lider" və ya "vali" mənasını verir. Kənd Qart (köhnə,qədim) Dərə adlanan ərazidə yerləşir. Keçmiş adı Təkə Şıx olmuşdur. Qubanın ən qədim kəndlərindəndir. Kənd əvvəl çayın sağ sahilində "Səgərdan" adlanan yerdə olmuşdur, kəndin dəmir darvazaları olmuşdur, yəqin ki kənd ətrafı hasarla örtülmüşdür. Yaşlıların dediyinə görə burdakı əhali indikinnən daha hündür və cüssəli olmuşdur. Sonradan bu kəndin əhalisinin çoxu tələf olmuş və indiki ərazidə yenidən kənd salınmışdır. Əvvəlki ərazidə indidə qəbristanlıq qalmaqdadır. Kənddə və kənd ətrafında qəbristanlıqların çox olması bu kəndin nə qədər qədim və köklü olduqunu göstərir. Təxmini olaraq kəndin 2000 ildən çox yaşı olduqu bilinir. Kənddə Şamanizimlə bağlı adət-ənənələr indidə qalmaqdadır. 1965-ci ildə kəndin adı dəyişdirilərək yaxınlıqdakı təpənin adı ilə Gültəpə (güllü-çiçəkli təpə) adlandırılmışdır;

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 545 nəfər əhali yaşayır.

Din

Kənddə Şeyx Baba Məhəmməd piri və türbəsi vardır. Kənddə Gültəpə kənd məscidi dini icması fəaliyyət göstərir. Kəndin əhalisi tarixən əhli-sünnənin Şafii fiqhi məzhəbinə aiddirlər.

Həmçinin bax

  • Quba rayonu
  • Təkəli tayfası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gültəpə (Quba) haqqında məlumat. Gültəpə (Quba) nədir? Gültəpə (Quba) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Oksitan dili

  • Fevral 27, 2026

    Bəydili

  • Fevral 27, 2026

    Ulan-Ude

  • Fevral 27, 2026

    Alsionarilər

  • Fevral 27, 2026

    Gürcüstan azərbaycanlıları

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst