Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gülağa Cabbarov (tam adı: Gülağa Dadaş oğlu Cabarov, 25 mart 1955) — Azərbaycanlı futbol hakimi və idman xadimidir. Azərbaycan Futbol Hakimləri İctimai Birliyin

Gülağa Cabbarov

  • Ana Səhifə
  • Vikipediya
  • Gülağa Cabbarov

Gülağa Cabbarov (tam adı: Gülağa Dadaş oğlu Cabarov, 25 mart 1955) — Azərbaycanlı futbol hakimi və idman xadimidir. Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədridir.

Gülağa Cabarov
Ümumi məlumatlar
Doğum tarixi 25 mart 1955 (70 yaş)
Doğum yeri Bakı şəhəri
Vəzifəsi Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədri

Həyatı

Gülağa Cabarov 1955-ci ildə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olmuşdur. Gənclik illərindən futbol ilə məşğul olmuş, daha sonra futbol hakimi və idman işçisi kimi fəaliyyət göstərmişdir. O, Bədən Tərbiyəsi və İdman Akademiyasını futbol ixtisası üzrə və Azərbaycan Beynəlxalq Universitetini dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. İki övladı var. Oğlu Rauf Cabarov FİFA dərəcəli beynəlxlaq futbol hakimidir.

İdman və əmək fəaliyyəti

Futbol üzrə Azərbaycan SSR kubokunun 1979-cu ildə Suraxanılı komandası ilə qalibi olmuşdur. Futbol karyerasını erkən başa vurmuş, hakimliklə məşğul olmuşdur.

1982-ci ildən SSRİ-nin müxtəlif futbol liqalarında hakimlik etmiş və SSRİ Yüksək Liqasında hakim köməkçisi olmuşdur. O, əsasən ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov ilə birlikdə hakimlik etmişdir. Ümumittifaq dərəcəli futbol hakimi adına namizəd olmuşdur.

Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 107 dəfə baş hakim olmuşdur. O, 1992-ci ildə ilk dəfə keçirilən Futbol üzrə Azərbaycan Kuboku yarışının final matçının baş hakimi olmuşdur.

1995-2000-ci illərdə Suraxanı rayon idman və gənclər idarəsinin rəisi.

2000-2001-cillərdə "Neftçi" İdman Sağlamlıq Mərkəzinin rəis müavini, Neftqaz futbol klubunun prezidenti olmuşdur.

2003-cü ildə AFFA Hakimlər Komitəsinin sədri.

2001-2020-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin idman kafedrasının müdiri.

2008-2017-ci illərdə AFFA-nın Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsində çalışmışdır.

2021-2022-ci illərdə AFFA-nın Apelyasiya və Arbitraj Tribunalının üzvü olmuşdur.

Azərbaycan Premyer liqasında hakim-inspektor kimi oyunlara təyinat alır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gülağa Cabbarov haqqında məlumat. Gülağa Cabbarov nədir? Gülağa Cabbarov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tikrit

  • Fevral 27, 2026

    Xortumlular

  • Fevral 27, 2026

    Nizami Əruzi

  • Fevral 27, 2026

    Kralendeyk

  • Fevral 27, 2026

    E.ə. 1590

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst