Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Göylər — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Göylər kəndi (Göylərdağ) həmçinin Acıdərə və Çöl Göylər kəndləri ilə birlikd

Göylər

  • Ana Səhifə
  • Vikipediya
  • Göylər
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 10 gün əvvəl InternetArchiveBot (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Göylər — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Göylər kəndi (Göylərdağ) həmçinin Acıdərə və Çöl Göylər kəndləri ilə birlikdə meydana gələn Göylər inzibati ərazi dairəsinin mərkəzidir.

Göylər
40°29′27″ şm. e. 48°41′05″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5615
Göylər xəritədə
Göylər
Göylər

Göylər kəndi Şamaxı rayonunda əhalisinin sayına görə ən böyük kənddir.

Mündəricat

Tarixi

Şirvan xanlığında inzibati ərazi vahidi olan Elat mahalının tərkibində 1821-ci ildə Göylər kəndi də daxil olmaqla 20 oba (Bəyi, Xalac, Ərəbəbdülkərim, Bozavand, Qovlar, Paşalı, Zəngənə, Qaraimanlı, Karrar, Bayat, Pərdili, Xınıslı, Cəyirli, Birinci Ucarlı, İkinci Ucarlı, Üçüncü Ucarlı, Mirikənd, Taliş, Şamlı, Göylər) birləşmişdi. Bu mahalın sakinləri əsasən maldarlıq, qismən isə əkinçiliklə məşğul olurdular.

Tarixi abidələri

  1. Qalacıq yaşayış yeri (III–XIII əsrlər) — Çöl Göylər kəndi və ya Dağ Göylər kəndi.
  2. Pirmərdəkan türbəsi (XII–XIII əsrlər) — Göylər Dağ kəndi.
  3. Küp qəbirləri nekropolu (Antik dövr) — Göylər Dağ kəndi
  4. Şəhərgah (Antik dövr və ilk orta əsrlər) — Çöl Göylər kəndi.
  5. Şəhərgahın qəbiristanlığı (Antik dövrü və ilk orta əsrlər) — Çöl Göylər kəndi.
  6. Saxsılı taxta yaşayış yeri (Antik dövrü və ilk orta əsrlər) — Çöl Göylər kəndi.
  7. Pirəbağdad nekropolu (Antik dövr[mənbə göstərilməlidir] ) — Çöl Göylər kəndi.
  8. Göylər məscidi (XII–XIII əsrlər) — Göylər Dağ kəndi.
  • Pirmərdəkan türbəsi

Coğrafiyası və iqlimi

Göylər kəndi iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Maksimum orta, °C 4,8 6,2 10,7 15,7 21,4 26,9 30,2 30,2 24,1 17,5 10,8 6,5 17,1
Orta temperatur, °C 0,9 2,1 6,1 11,0 16,6 21,7 24,9 24,9 19,5 13,5 6,9 2,6 12,6
Minimum orta, °C −2,4 −1,6 1,6 5,8 11,2 15,9 19,2 19,3 15 9,8 3,4 −0,7 8,0
Yağıntı norması, mm 37 46 60 58 50 35 16 17 44 56 53 40 512
Mənbə:

Əhalisi

Göylər kəndinin də daxil olduğu Elat mahalında 1821-ci ildə 1016 ailə yaşayırdı. 2009-cu il 1 Yanvar tarixli məlumatlara əsasən Göylər kəndinin əhalisi 7200 nəfər idi.

Şamaxı soyqırımı

Şamaxıda Lalayan, Samson Aspirov və T. Əmirovun quldur dəstələri 1918-ci il Aprelin 3-dən 16-a kimi Şamaxı əhalisinə qanlı divan tutmuşdular. Şamaxı qəzasında yerli erməni-rus-molokan kəndlilərinin köməyi ilə daşnaqlar 8000-dən artıq dinc azərbaycanlı əhali öldürmüşlər. 72 kəndi dağıtmış, 12 məhəllə məscidi və 800 illik tarixə sahib Şamaxı cümə məscidi içərisindəki insanlarla birlikdə yandırmışlar. Öldürülənlərin 1600 nəfərindən çoxu qadın, 965 nəfəri isə uşaq olmuşdu. Dağıdılan 72 kənddən biri də Göylər idi. Mənbələrdən belə aydın olur ki, erməni quldurları Göylərdə 55 nəfəri qətlə yetirmişdir. Onlar arasında kişilərlə birlikdə qadın və uşaqlar da var. Ermənilərin törədikləri vəhşiliklər indinin özündə də yaddaşlardan silinməyib.

Şəhid və itkinləri

Qarabağ müharibəsi

  • Əlsuvar Əliheydər oğlu Məmmədov — Göylər Dağ kəndi
  • Baba Balakişi oğlu Mikayılov
  • Mirhəli Cümalı oğlu Nuhov
  • Veyis Rövşən oğlu Məhyəddinov
  • Sərdar Səfərov Ələddin oğlu
  • Bayramov Kamil Canbaba oğlu

Aprel döyüşləri

  • Elşən Səlim oğlu Səmədov

İkinci Qarabağ müharibəsi

  • Rza Canbaba oğlu Məmmədov
  • Şəhadət Qalib oğlu Usubov
  • Tərlan Dərgah oğlu Atakişiyev
  • Müşfiq Bayram oğlu Məcidov
  • Elgün Vasif oğlu Quliyev
  • Şahmurad Natiq oğlu İsgəndərov

Elm və Təhsili

Göylər kəndi Azərbaycan elminə və təhsilinə bir çox insanlar bəxş etmişdir ki, onlardan da Nurqələm Mikayılovu, Aləm Nuriyevi, Elxan Nuriyevi qeyd etmək olar. Göylər kəndində (Dağ Göylər) iki orta məktəb fəaliyyət göstərir. Bunlar Əlsuvar Məmmədov adına 1 saylı orta məktəb və Tehran Kərimov adına 2 saylı orta məktəblərdir.

Mədəniyyəti

Göylər kəndində 1949-cu ildə tikilib istifadəyə verilmiş bina 1965-ci ildən etibarən Göylər kənd Folklor Evi olaraq fəaliyyət göstərir.

2015-ci il fevralın 16-dan mayın 29-na kimi keçirilən 5-ci Muğam Televiziya Müsabiqəsinin qalibi Göylər kəndindən olan Nisbət Sədrayeva seçilmişdir.

Səhiyyə sistemi

Göylər kəndində 15 çarpaylıq Göylər kənd xəstəxanası fəaliyyət göstərir.

Azərbaycan alimi, neyrocərrah, əməkdar həkim, tibb elmlər doktoru, professor Sabir Etibarlı da Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur.

İqtisadiyyatı

Göylər kəndinin əhalisi başlıca olaraq əkinçilik, qismən bağçılıq və heyvandarlıq üzrə ixtisaslaşmışdır. Əkinçilikdə aparıcı yeri taxılçılıq tutur. Digər əkinçilik sahələri yerli istehlak xarakteri daşıyır. Əhalisinin yerli təlabatının ödənilməsi üçün həyətyanı sahələrdə bostan-tərəvəz məhsulları, meyvə yetişdirilir və arı saxlanılır. Heyvandarlığın başlıca sahəsi maldarlıq və qoyunçuluqdur.

Göylər kəndi qədim məskunlaşmış ərazi olsa da, sənaye cəhətdən nisbətən zəif inkişaf etmişdir. Azərbaycan Sovet İttifaqının tərkibində olan zaman kəndin sənayesinin əsasını yerli kənd təsərrüfatı məhsullarını emal edən yeyinti və yüngül sənaye sahələri təşkil edirdi. Kəndin yüngül sənayesi əsasən şərabçılıq, meyvəçilik, tikiş və xalçalıq sahələri ilə təmsil olunurdu. Yeyinti sənayesində əsas yeri üzüm məhsulunun emalı – şərabçılıq tuturdu. SSRİ-nin "alkoqolizmə qarşı mübarizə kampaniyası" çərçivəsində Azərbaycanda bir sıra bölgələrdə o cümlədən Göylər kəndində üzümçülük təsərrüfatı ləğv edildi. Üzüm sahələri saxlanılmaqla süfrə üzüm sortları əkmək planları isə SSRİ dağıldıqdan sonra torpaq sahələrinin kəndlilərə paylanılması nəticəsində reallaşmadı. Hal-hazırda kəndlilərə məxsus torpaqlarda taxıl əkilir və demək olar ki, bütün həyətyanı sahələrdə üzüm çardaqları var. Kəndin torpaq ehtiyatları və ərazisinin orta dağlıqda yerləşməsi burada bir çox təsərrüfat sahələrinin inkişafı üçün, o cümlədən dəmyə əkinçiliyi üçün şərait yaradır.

Kəndin iqtisadiyyatında tikinti materialları, əsasən mişar daşı istehsalı üçün xammal bazası (Mədan dağı) var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Göylər haqqında məlumat. Göylər nədir? Göylər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kolçak

  • Fevral 27, 2026

    Tolvayarvi döyüşü

  • Fevral 27, 2026

    Məmmədkazım Ələkbərli

  • Fevral 27, 2026

    Etnoqrafiya

  • Fevral 23, 2026

    Dirijor

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst