Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rayon mərkəzindən 16 km şimalda, Zəngi çayının yanında, Zərincə dağı tərəfdə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Göygünbəz, Qaf

Göykümbət

  • Ana Səhifə
  • Vikipediya
  • Göykümbət

Göykümbət — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.

Kənd
Göykümbət
40°08′59″ şm. e. 44°26′04″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Mərkəzin hündürlüyü 870 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.739 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Göykümbət xəritədə
Göykümbət
Göykümbət
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 16 km şimalda, Zəngi çayının yanında, Zərincə dağı tərəfdə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Göygünbəz, Qafqazın 5 verstlik xəritəsində Göykümbət formasında qeyd edilmişdir. 1590-cı ildən məlumdur.

Toponim Azərbaycan dilində rəng mənasında işlənən göy sözü ilə fars dilində "yarımkürə şəklində bina damı, qübbə" mənasında işlənən kümbəd sözündən əmələ gəlmişdir. Kümbəd kümbəz, eləcə də günbəz sözünün fonetik formasıdır. Azərbaycan dilində d~z səs əvəzlənınəsi qanunauyğun haldır. Təsviri toponimdir. Qurluşca mürəkkəbdir.

Erm. SSR AS RH-nin 1 dekabr 1949-cu il fərmanı ilə adı dəyişdirilib Geğanist qoyulmuşdur. Bəzi mənbələrə görə 1946-cı ildə kənd ermənicə Texanist adlandırılmışdır.

Əhalisi

Kənddə 1831-ci ildə 21 nəfər, 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 200 nəfər, 1897-ci ildə 230 nəfər, 1908-ci ildə 252 nəfər, 1914-cü ildə 280 nəfər, 1916-cı ildə 241 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdilər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 98 nəfər, 1926-cı ildə 162 nəfər, 1931-ci ildə 174 nəfər azərbaycanlı yaşamışdır.

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948–1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 50-ci illərdə deportasiya edilən ailələrin az bir qismi yenidən ata yurdlarına dönsələr də, 1970-ci ildə tamamilə deportasiya olunaraq Azərbaycana köçürülmüşlər. İndi ermənilər yaşayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Göykümbət haqqında məlumat. Göykümbət nədir? Göykümbət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əlincəçay

  • Fevral 27, 2026

    Səmum

  • Fevral 26, 2026

    Hamlet

  • Fevral 23, 2026

    Tacikistan

  • Mart 01, 2026

    Georq Brandes

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst