Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ulduz ölçüsü — mənbəyin işıq şüalarına perpendikulyar qoyulmuş səthin həmin mənbə tərəfindən nisbi işıqlanmasının əsası 2,512 olan mənfi işarəli loqarifmidir.

Görünmə böyüklüyü

  • Ana Səhifə
  • Vikipediya
  • Görünmə böyüklüyü

Ulduz ölçüsü — mənbəyin işıq şüalarına perpendikulyar qoyulmuş səthin həmin mənbə tərəfindən nisbi işıqlanmasının əsası 2,512 olan mənfi işarəli loqarifmidir.

Görünən ulduz ölçüsü və ya vizual ulduz ölçüsü-adi gözlə vizual fotometr adlanan qəbuledici vasitəsilə təyin olunan ulduz ölçüsüdür.

Astrofizikada işıqlanmanın fiziki analoqu olaraq ulduz ölçüsü adanlanan kəmiyyətdən istifadə edilir.

Tarixi

Ulduz ölçüsü ilk astrofotometrik anlayışdır. Hələ Hipparx eramızdan əvvəl II yüzillikdə gözlə seçilən ulduzları işıqlanmalarına görə altı ulduz ölçüsünə ayırmışdı. O, qəbul etmişdi ki, ən parlaq (işıqlı) ulduzun ulduz ölçüsü 1, ən zəifinki isə 6-dır.

Parlaqlığın ulduz ölçüsü vasitəsilə qiymətləndirilməsi fiziki, daha doğrusu fizioloji və psixoloji əsasları yalnız Hipparxdan iki min il sonra XIX yüzillikdə Veber və Fexner tərəfindən müəyyən edilmişdir. Veber-Fexner qanunu: hər hansı qıcıqlandırıcı təsirin hiss olunmasındakı dəyişiklik həmin qıcıqlandırıcı amilin nisbi dəyişməsi ilə düz mütənasibdir. Bu qanunu ulduz ölçüsü anlayışına tətbiq etsək, Kainat obyektinə qıcıqlandırıcı, qəbulediciyə (gözə, fotoemulsiyaya, fotolentə və s.) hissiyat mərkəzi kimi baxa bilərik . Qıcıqlandırıcının obyektiv meyarı onun qəbuledicidə yaratdığı işıqlanmadır, ulduz ölçüsü isə bu işıqlanmanın qəbulediciyə təsiri deməkdir. Burada Veber-Fexner qanunu belə ifadə olunur qıcıqlandırıcı (işıqlanma) həndəsi silsilə ilə dəyişəndə, hissiyat (ulduz ölçüsü) ədədi silsilə ilə dəyişir. Deyilənlərə əsasən aşağıdakı ifadəni yazmaq olar:


m − m 0 = C 1 lg ⁡ E E 0 {\displaystyle m-m_{0}=C_{1}\lg {E \over E_{0}}} {\displaystyle m-m_{0}=C_{1}\lg {E \over E_{0}}}

Burada m və m0 işıqlanmaları, E və E0 olan obyektlərin uyğun ulduz ölçüləridir. Ptolemeyin Almakestində 1000-dən artıq ulduzun ulduz ölçüsü verilmişdir. Bu ulduzların ulduz ölçülərinin müasir təyini göstərir ki, iki ulduzun ulduz ölçüləri fərqi vahidə bərabər olarsa, yəni m-m0=1 olarsa, onda ulduz ölçüsü m0 olan ulduz, ulduz ölçüsü m olan ulduzdan 2,5 dəfə parlaqdır. Odur ki, yuxarıdakı ifadəyə əsasən

C 1 = 1 lg ⁡ 2 , 5 ≃ − 2 , 512 {\displaystyle C_{1}={1 \over \lg 2,5}\simeq -2,512} {\displaystyle C_{1}={1 \over \lg 2,5}\simeq -2,512}

Poqson düsturu

1879-cu ildə ingilis astronomu Poqson təklif etmişdir ki, C1=2,500 qəbul edilsin, çünki, l g 2 , 512 = 0 , 4000 = 1 2 , 500 {\displaystyle lg2,512=0,4000={1 \over 2,500}} {\displaystyle lg2,512=0,4000={1 \over 2,500}}-dir. Beləliklə birinci ifadə əvəzinə: m − m 0 = − 2 , 5 lg ⁡ E E 0 {\displaystyle m-m_{0}=-2,5\lg {E \over E_{0}}} {\displaystyle m-m_{0}=-2,5\lg {E \over E_{0}}} yaxud, lg ⁡ E E 0 = − 0 , 4 ( m − m 0 ) {\displaystyle \lg {E \over E_{0}}=-0,4(m-m_{0})} {\displaystyle \lg {E \over E_{0}}=-0,4(m-m_{0})}olar.

Bu ifadələr Poqson düsturu adlanır. Poqson düsturu iki obyektin işıqlanmaları nisbəti məlum olduqda onların ulduz ölçüləri fərqini və ya tərsinə- məlum ulduz ölçüləri fərqinə görə onların işıqlanmaları nisbətini tapmağa imkan verir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Görünmə böyüklüyü haqqında məlumat. Görünmə böyüklüyü nədir? Görünmə böyüklüyü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Umor xan

  • Fevral 27, 2026

    Paroxod

  • Fevral 27, 2026

    Samirə

  • Fevral 27, 2026

    Zərzibil

  • Fevral 26, 2026

    29 mart

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst