Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bozqır haçaquyruğu (lat. Glareola nordmanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin haçaquyruqlar fəsiləsinin haçaqu

Glareola nordmanni

  • Ana Səhifə
  • Vikipediya
  • Glareola nordmanni

Bozqır haçaquyruğu (lat. Glareola nordmanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin haçaquyruqlar fəsiləsinin haçaquyruq cinsinə aid heyvan növü.

Bozqır haçaquyruğu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Gruimorphae
Dəstə:
Çovdarçıkimilər
Yarımdəstə:
Lari
Fəsilə:
Haçaquyruqlar
Yarımfəsilə:
Glareolinae
Cins:
Haçaquyruq
Növ:
Bozqır haçaquyruğu
Beynəlxalq elmi adı
  • Glareola nordmanni G.Fisch.Waldh., 1842[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  176774
NCBI  670345

Mündəricat

Statusu

Nadirdir.

Kateqoriyası

(CR). Mənfi antropogen təsirlərdən kritik vəziyyətdədir.

Genofond əhəmiyyəti

Azərbaycanda cinsin 2 növündən biridir.

Qısa təsviri

Quyruğunun haçası çəmənlik haçaquyruğuna nisbətən dərindir. Ümumi rəngi tünddür. Qanadlarının altı qaradır.

Yayılması

Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda Samur çayının deltasında, Dəvəçi limanında, Kür-Araz ovalığında–Mahmudçala-Ağçala, Ağgöl və Sarısu göllərində, Naxçıvan MR ərazisində Arazboyu maili düzənlik və orta dağlıq qurşağında yayılıb.

Yaşayış yeri və həyat tərzi

Su hövzələrinin sahillərindəki nəmli biotoplarda və dayaz su sahələri əsas yaşayış yerləridir. Azərbaycana nəsil vermək üçün gəlir. Köçüb gəlmə və köçüb getmə vaxtı müəyyən edilməyib. Koloniya halında nəsil verir. Yuvaları hər tərəfdən su və bataqlıq biotopları ilə əhatə olunmuş adacıqlarda yerləşir. Yuvasında 4 yumurta olur. Həşərat yeyir.

Sayı

Ağgöldə 25.06.1962-ci ildə 2 cütü, 02.06.1963-cü ildə 20 cütü, 1990-cı ilin may ayında Mahmudçala-Ağçalada 8 fərdi, Samur çayı deltasında 27. VII.1990-cı ildə tək-tək fərdləri və 3–5 fərddən ibarət kiçik sürüləri, 19. VIII-10. X.1988-ci ildə 30, 1988-ci ildə 19 avqustdan 10 sentyabra qədər 30 fərdi, 1989-cu ildə 4 fərdi, 1998-ci ilin iyul ayında Qızılağac Dövlət Təbiət Qoruğunda 14 fərd qeyd edilib.

Məhdudlaşdırıcı amillər

Yayda dayaz su sahələrinin quruması və yaşayış yerlərində çoxlu mal-qara otarılması.

Əhali üçün əhəmiyyəti

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağan edilmişdir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan və Ağgöl Milli Parkları, Dövlət Təbiət Yasaqlıqları kömək edir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın (1989) və Naxçıvan MR–in (2007) "Qırmızı Kitab"larına, Ramsar, Bonn, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Mahmudçala-Ağçala göllər sisteminə yasaqlıq, Sarısu-Şərbət qobu göllər sisteminə isə qoruq statusunun verilməsi, eyni vaxtda növün qorunmasının fəal maarifçiliyi məsləhətdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Glareola nordmanni haqqında məlumat. Glareola nordmanni nədir? Glareola nordmanni nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Ərəb xilafəti

  • Mart 01, 2026

    Tədqiqat universiteti

  • Mart 01, 2026

    Əbdüllətif Bağdadi

  • Fevral 26, 2026

    Slovenlər

  • Mart 01, 2026

    Rasim Balayev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst