Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kerç yaxınlığında (Krım vilayəti) tarixi kənd. Buradakı qədim kurqanlar hələ XIX əsrdə aşkar edilib öyrənilmişdir. Kırım torpağındakı həmin məzarlıqların Skiflə

Geroyevskoye

  • Ana Səhifə
  • Vikipediya
  • Geroyevskoye

Kerç yaxınlığında (Krım vilayəti) tarixi kənd. Buradakı qədim kurqanlar hələ XIX əsrdə aşkar edilib öyrənilmişdir. Kırım torpağındakı həmin məzarlıqların Skiflərə qədərki mədəni Kırımın köhnə abidələri olduğu müəyyən edilmişdir. İndi vilayətin Sak rayonuna aid olan öz yaşı qədər adı da qədim olan El Tekin kəndi Geroevek (Qəhramanlı) adlanır. Bu kiçik kənd vaxtilə mövcud olmuş böyük bir şəhərin qalıqları üzərində yerləşir; arxeoloji axtarışlar nəticəsində burada eramızdan əvvəl VIəsrə aid qədim yaşayış məskəninin qalıqları, müdafiə divarları, ev-məişət avadanlıqları nümunələri aşkar edilmişdir. Şübhəsiz, ad dəyişmədəki bu hal təsadüfi qəbul edilməməlidir. Hər halda yeni ad qədim türk adı ilə müəyyən mənada uyğun seçilmiş addır. Kəndin əsil adının tərkibindəki təkin ~ tekin sözü hunlarda və qədim türklərdə yüksək rütbə adı olub "bahadır" mənasında xan ailəsi üzvünün adına qoşulan titul, "şahzadə" deməkdir. Səlcuqlar sülaləsinə aid olan böyük Türk dünyasınca bir çox şahlar, sərkərdələr təkin titulunu daşımışlar. Samanilər sülaləsindən Alp Təkin, Bilgə Təkin; Qaraxanilərdə Səbuk Təkin, Ali Təkin. Qədim türklərdə şərəf adı və ünvanını tədqiq edən prof. Abdulkadir Donuk "tekin" adı barədə yazır: hökmdar ailəsi mənsublarına "Tekin" deyilirdi. (Kitabelerdən: II Göy Türk xaqanı Bilgenin kiçik qardaşı Kül Tekin və eyni ailədən Orhun kitabələrinin yazarı Yolluğ Tekin). Təkin ünvanı Ak Hun paraları üzərində (630–658) görünməkdə olduğu kimi, Uyğurların mənşə əfsanəsində "Or-Tekin" bir türk ünvanı olaraq keçməkdə və 924–926-cı illərdə Turfan Uyqur Xaqanının ünvanı olaraq görünməkdə, Türk Bulqar kitabələrində "xanın qardaşı və ya oğlu" anlamını daşımaqdadır.1. Tarixçi-filoloq Nikolay Baskakov da "Iqor alayı haqqında dastan"ın türk leksikası" kitabında tekin sözünün "knyaz, prins" mənasında hun və digər qədim türk xalqlarında titul (xan ailəsinin kiçik üzvlərinin adlarına əlavə edilən ad) olduğunu göstərirdi. 2. Görkəmli türkoloq Malov da "qədim türk yazılı abidələrində tigin şahzadə deməkdir," deyə yazırdı. Həmədan yaxınlığında (İran) Kara Tigin cayırı (ovalığı) vardır. Yurdumuzun Şirvan əyalətində (Ağdaş r.) daxil olan Qaradeyin (belə yazılır!) adlı bir yadigar kənd var. Ad tarixən qara və deyin "tekin" şahzadə sözündən yaranmışdır. Türk əsilli Rus soyu Karatiginlər (bu familiyadan məşhur sənətkarlar çıxmışdır) Kara + tekin adından formalaşmışdır.

Geroyevskoye
Героєвське
El Tiygen
45°13′30″ şm. e. 36°24′35″ ş. u.HGYO
Ölkə
  •  Ukrayna
  •  Rusiya
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+02:00
Əhalisi
Rəsmi dili
  • Krımtatar dili,
  • ukrain dili,
  • rus dili
Xəritəni göstər/gizlə
Geroyevskoye xəritədə
Geroyevskoye
Geroyevskoye
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, geroyevskoye sözünün mənası, geroyevskoye haqqında məlumat. geroyevskoye nədir? geroyevskoye nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Reichswehr

  • Fevral 27, 2026

    E.ə. 285

  • Fevral 27, 2026

    Cəfər əs-Sadiq

  • Fevral 25, 2026

    Mancuriya

  • Fevral 13, 2026

    Uliss Qrant

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst