Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

General-mayor — Azərbaycan hərbi birləşmələrində və dövlət orqanlarında verilən ali rütbə. Hərbi və xüsusi rütbə olmaqla iki əsas qrupa bölünür. General-mayor r

General-mayor (Azərbaycan)

  • Ana Səhifə
  • Vikipediya
  • General-mayor (Azərbaycan)

General-mayor — Azərbaycan hərbi birləşmələrində və dövlət orqanlarında verilən ali rütbə. Hərbi və xüsusi rütbə olmaqla iki əsas qrupa bölünür. General-mayor rütbəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir.

General-mayor
Ölkə Azərbaycan Azərbaycan
Təsis edilib 5 sentyabr 1991
Yuxarı rütbə General-leytenant
Aşağı rütbə Polkovnik
Analoji rütbə Kontr-admiral,
III dərəcəli dövlət ədliyyə müşaviri,
III dərəcəli dövlət miqrasiya xidməti müşaviri,
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

SSRİ dövründə general-mayor rütbəsi 7 may 1940-cı ildə təsis edilmiş və Fəhlə-Kəndli Qırmızı Ordusunun baş zabit heyətinə verilmişdir. Böyük Vətən müharibəsində və sonrakı illərdə bu rütbə müxtəlif kateqoriyalara bölünərək ittifaq respublikalarındakı, habelə Azərbaycan SSR-dəki şəxslərə SSRİ Nazirlər Sovetinin qərarı ilə verilmişdir.

Azərbaycan 1991-ci ildə SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etdikdən sonra general-mayor rütbəsinin verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirmişdir.

Təsnifatı

"Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən general-mayor ali rütbəsi hərbi dəniz donanmasındakı vitse-admiral ali hərbi rütbəsinə, prokurorluq və ədliyyə orqanlarındakı III dərəcəli dövlət ədliyyə müşaviri, miqrasiya orqanlarındakı III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, vergi orqanlarındakı 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbələrinə, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə, eləcə də dövlət qulluğundakı 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə uyğundur.

Azərbaycanda hərbi birləşmələr və dövlət orqanlarında general-mayor rütbəsi aşağıdakı kimi təsnifatlaşdırılır:

  • Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə — general-mayor ali hərbi rütbəsi;
  • Silahlı birləşmələrdə və dövlət orqanlarında — tibb xidməti general-mayoru ali hərbi və ali xüsusi rütbələri;
  • Ədliyyə və prokurorluq orqanlarında — ədliyyə general-mayoru ali hərbi və ali xüsusi rütbələri;
  • Gömrük orqanlarında — gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi;
  • Daxili işlər orqanlarında — polis general-mayoru ali xüsusi rütbəsi;
  • Fövqəladə hallar orqanlarında — daxili xidmət general-mayoru ali xüsusi rütbəsi;
  • Feldyeger rabitəsi orqanlarında — feldyeger xidməti general-mayoru ali xüsusi rütbəsi.

Fərqlənmə nişanları

Poqonlar

Ali hərbi rütbələr Ali xüsusi rütbələr
General-mayor Ədliyyə general-mayoru Polis general-mayoru Gömrük xidməti general-mayoru Ədliyyə general-mayoru Daxili xidmət general-mayoru Feldyeger xidməti general-mayoru
Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə Hərbi Hava Qüvvələrində Dövlət Sərhəd Xidmətində Dövlət Təhlükəsizliyi Xidmətində Xarici Kəşfiyyat Xidmətində Ədliyyə və prokurorluq orqanlarında Daxili işlər orqanlarında Gömrük orqanlarında Ədliyyə və prokurorluq orqanlarında Fövqəladə hallar orqanlarında Feldyeger rabitəsi orqanlarında

Rəhbər vəzifədə çalışan şəxslərin poqonları sünbül təsviri ilə haşiyələnir. Mərasim geyimlərində isə poqonların üzərinə qızılı rəngdə naxışlı örtük çəkilir.

Ali hərbi rütbələr Ali xüsusi rütbələr
General-mayor Gömrük xidməti general-mayoru
Azərbaycan Ordusu və digər silahlı birləşmələrin rəhbəri vəzifədə Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində

Həmçinin bax

  • General-polkovnik
  • General-leytenant
  • Azərbaycan generallarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, General-mayor (Azərbaycan) haqqında məlumat. General-mayor (Azərbaycan) nədir? General-mayor (Azərbaycan) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Osmanlı imperiyası

  • Fevral 16, 2026

    Nasizm

  • Fevral 23, 2026

    Höte

  • Fevral 24, 2026

    Peyğəmbər

  • Fevral 24, 2026

    Başıxordalılar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst