Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

General-leytenant — Azərbaycan hərbi birləşmələrində və dövlət orqanlarında verilən ali rütbə. Hərbi və xüsusi rütbə olmaqla iki əsas qrupa bölünür. General-ley

General-leytenant (Azərbaycan)

  • Ana Səhifə
  • Vikipediya
  • General-leytenant (Azərbaycan)

General-leytenant — Azərbaycan hərbi birləşmələrində və dövlət orqanlarında verilən ali rütbə. Hərbi və xüsusi rütbə olmaqla iki əsas qrupa bölünür. General-leytenant rütbəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən, əsasən, hərbi birləşmə və dövlət orqanı rəhbərlərinin müavinlərinə verilir.

General-leytenant
Ölkə Azərbaycan Azərbaycan
Təsis edilib 5 sentyabr 1991
Yuxarı rütbə General-polkovnik
Aşağı rütbə General-mayor
Analoji rütbə Vitse-admiral,
II dərəcəli dövlət ədliyyə müşaviri,
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri,
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

SSRİ dövründə general-leytenant rütbəsi 7 may 1940-cı ildə təsis edilmiş və Fəhlə-Kəndli Qırmızı Ordusunun ali zabit heyətinə verilmişdir. Böyük Vətən müharibəsində və sonrakı illərdə bu rütbə müxtəlif kateqoriyalara bölünərək ittifaq respublikalarındakı, habelə Azərbaycan SSR-dəki şəxslərə SSRİ Nazirlər Sovetinin qərarı ilə verilmişdir.

Azərbaycan 1991-ci ildə SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etdikdən sonra general-leytenant rütbəsinin verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirmişdir.

Təsnifatı

"Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən general-leytenant rütbəsi hərbi dəniz donanmasındakı vitse-admiral ali hərbi rütbəsinə, prokurorluq və ədliyyə orqanlarındakı II dərəcəli dövlət ədliyyə müşaviri, miqrasiya orqanlarındakı II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, vergi orqanlarındakı 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbələrinə, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə, eləcə də dövlət qulluğundakı 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə uyğundur.

Azərbaycanda hərbi birləşmələr və dövlət orqanlarında general-leytenant rütbəsi aşağıdakı kimi təsnifatlaşdırılır:

  • Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə — general-leytenant ali hərbi rütbəsi;
  • Silahlı birləşmələrdə və dövlət orqanlarında — tibb xidməti general-leytenantı ali hərbi və ali xüsusi rütbələri;
  • Ədliyyə və prokurorluq orqanlarında — ədliyyə general-leytenantı ali hərbi və ali xüsusi rütbələri;
  • Gömrük orqanlarında — gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi;
  • Daxili işlər orqanlarında — polis general-leytenantı ali xüsusi rütbəsi;
  • Fövqəladə hallar orqanlarında — daxili xidmət general-leytenantı ali xüsusi rütbəsi;
  • Feldyeger rabitəsi orqanlarında — feldyeger xidməti general-leytenantı ali xüsusi rütbəsi.

Fərqlənmə nişanları

Poqonlar

Ali hərbi rütbələr Ali xüsusi rütbələr
General-leytenant Ədliyyə general-leytenantı Polis general-leytenantı Gömrük xidməti general-leytenantı Ədliyyə general-leytenantı Daxili xidmət general-leytenantı Feldyeger xidməti general-leytenantı
Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə Hərbi Hava Qüvvələrində Dövlət Sərhəd Xidmətində Dövlət Təhlükəsizliyi Xidmətində Xarici Kəşfiyyat Xidmətində Ədliyyə və prokurorluq orqanlarında Daxili işlər orqanlarında Gömrük orqanlarında Ədliyyə və prokurorluq orqanlarında Fövqəladə hallar orqanlarında Feldyeger rabitəsi orqanlarında

Rəhbər vəzifədə çalışan şəxslərin poqonları sünbül təsviri ilə haşiyələnir. Mərasim geyimlərində isə poqonların üzərinə qızılı rəngdə naxışlı örtük çəkilir.

Ali hərbi rütbələr Ali xüsusi rütbələr
General-leytenant Gömrük xidməti general-leytenantı
Azərbaycan Ordusu və digər silahlı birləşmələrin rəhbəri vəzifəsində Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində

Həmçinin bax

  • General-polkovnik
  • General-mayor
  • Azərbaycan generallarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, General-leytenant (Azərbaycan) haqqında məlumat. General-leytenant (Azərbaycan) nədir? General-leytenant (Azərbaycan) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Burberry

  • Fevral 27, 2026

    Lifistiomorf hörümçəklər

  • Fevral 27, 2026

    Trastamar sülaləsi

  • Fevral 27, 2026

    Akkadlı Sarqon

  • Fevral 28, 2026

    Keyp-Breton

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst