Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mahmud Qazi Yaşargil (türk. Mahmut Gazi Yaşargil; 6 iyul 1925, Lice[d], Diyarbəkir ili – 10 iyun 2025[…]) — Türk alim və neyrocərrah. Müasir mikroneyrocərrahiyy

Gazi Yaşargil

  • Ana Səhifə
  • Vikipediya
  • Gazi Yaşargil

Mahmud Qazi Yaşargil (türk. Mahmut Gazi Yaşargil; 6 iyul 1925, Lice[d], Diyarbəkir ili – 10 iyun 2025[…]) — Türk alim və neyrocərrah. Müasir mikroneyrocərrahiyyənin qurucularından biri. Yaşargil epilepsiya və beyin şişlərini öz ixtirası alətləri ilə müalicə edirdi. 1953–1993-cü illərdə Sürix Universitetində professor və Neyrocərrahiyyə kafedrasının müdiri olub. 1999-cu ildə Neyrocərrahların illik Konqresində o, "1950–1999-cu illərdə Əsrin Ən Yaxşı Neyrocərrahı" seçilmişdir

Qazi Yaşargil
türk. Gazi Yaşargil
Doğum adı Mahmut Gazi Yaşargil
Doğum tarixi 6 iyul 1925(1925-07-06)
Doğum yeri
  • Lice[d], Diyarbəkir ili, Türkiyə
Vəfat tarixi 10 iyun 2025(2025-06-10)[…] (99 yaşında)
Elm sahələri neyrocərahiyyə, mikrocərrahiyyə, baş və boyun şişləri[d]
İş yerləri
  • Sürix Universiteti
Təhsili
  • Bazel Universiteti,
  • Yena Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Şəxsi həyat

O, 1973-cü ildən onun tibb bacısı köməkçisi olan və hələ də ona cərrahiyyə əməliyyatlarında kömək edən Dayan Bader-Gibson Yaşargil ilə evlidir.

11 iyun 2025-ci ildə vəfat etmişdir.

Təhsil və karyera

1931–1943-cü illərdə Atatürk Liseyini və Türkiyənin Ankara Universitetini bitirdikdən sonra Almaniyaya, Yena Fridrix Şiller Universitetində tibb təhsili almaq üçün gedir. Serebrovaskulyar neyrocərrahiyyədə istifadə üçün mikrocərrahi üsulların qurulmasında onun dühası əvvəllər əməliyyat olunmayan xəstələrin müalicəsində nəticələr əldə etməyə kömək etmişdir.

1969-cu ildə Yaşargil müəllimi professor Kraienbühlün rəhbərliyi ilə Sürix Universitetində dosent, 1973-cü ildə professor və neyrocərrahiyyə kafedrasının müdiri vəzifələrində çalışıb. Sonrakı 20 il ərzində o, 1993-cü ildə təqaüdə çıxana qədər 7500 neyrocərrahiyyə əməliyyatı həyata keçirərək mikrometodların laboratoriya təcrübələri və klinik tədqiqatları aparıb. 1994-cü ildə Yaşargil Litl Rokdakı Arkanzas Universitetinin Tibb Kollecində neyrocərrahiyyə professoru vəzifəsinə təyinat alır və hələ də mikroneyrocərrahiyyə üzrə tədqiqatlar və tədris işləri ilə məşğuldur.

Yaşargil Harvi Kuşinqlə yanaşı, 20-ci əsrin ən böyük neyrocərrahlarından biri kimi tanınıb. Sürixdəki tədqiqat laboratoriyasında o, dünyanın hər yerindən və bütün cərrahiyyə ixtisaslarını təmsil edən 3000-ə yaxın həmkarına təlim keçmişdir. O, üç nəsil neyrocərrahlara neyrocərrahiyyədə yeni imkanları müəyyən etməyə kömək etmiş və sonra onlara necə nail olunacağını nümayiş etdirmişdir. Yaşargil Türkiyə cəmiyyətində böyük hörmətə malikdir və türk gəncləri üçün örnək rolunu oynayır.

1973–1975 İsveçrə Neyrocərrahiyyə Cəmiyyətinin prezidenti olmuşdur.

Mükafatlar

2000 — Türkiyə Respublikasının "Üstün xidmətlərinə görə" Dövlət Medalı.

Nəşrləri

Yaşargilin 330-dan çox məqaləsi və 13 monoqrafiyası çap olunub. Mikroneyrocərrahiyyə üzrə altı cildlik nəşrlər (1984–1996, Georg Thieme Verlag Stuttgart-Nyu York) geniş təcrübənin hərtərəfli icmalı və neyrocərrahiyyə üzrə ədəbiyyata böyük töhfədir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gazi Yaşargil haqqında məlumat. Gazi Yaşargil nədir? Gazi Yaşargil nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dairə qövsü

  • Fevral 27, 2026

    Zərdüşt dini

  • Fevral 27, 2026

    Broker

  • Fevral 27, 2026

    Msxeta-Mtianeti

  • Fevral 27, 2026

    Cunqariya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst