Gəncəbasar — Azərbaycanda Gəncə şəhəri və ətrafı üçün istifadə edilən adlandırma.
Ərazi
Tarixən Gəncə xanlığının mahallarından sadəcə biri Gəncəbasar adlanırdı. Gəncəbasar mahalı Gəncəçay vadisindəki yaşayış məskənlərini əhatə edirdi. Ancaq buna baxmayaraq, Gəncəbasar tarixi və filoloji tədqiqatlarda Gəncənin siyasi-inzibati təsir dairəsindəki ərazilər üçün işlədilmişdir. İndiki dövrdə Tovuz, Şəmkir, Xanlar, Goranboy, Yevlax, Daşkəsən, Gədəbəy, Qazax, Ağstafa, Samux rayonları bu əraziyə daxildir. Folklorşünaslıqda Gəncəbasar ərazisi daha da genişləndirilərək tarixçilərin hesab etdiyi ərazidən irəli aparılmışdır. XX əsrin ikinci yarısında Gəncəbasar ərazisi sadəcə Gəncəçay vadisini yox, böyük bir coğrafi ərazini əhatə edir, xalq arasında da bu mənada işlədilirdi.
Həmçinin
- Gəncə-Daşkəsən iqtisadi rayonu
- Gəncəbasar ləhcəsi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gəncəbasar haqqında məlumat. Gəncəbasar nədir? Gəncəbasar nə deməkdir?