Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gürsel Qüdrət oğlu İsmayılzadə (15 yanvar 1971, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri (2011–2019,

Gürsel İsmayılzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Gürsel İsmayılzadə

Gürsel Qüdrət oğlu İsmayılzadə (15 yanvar 1971, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri (2011–2019, 2020–2025).

Gürsel İsmayılzadə
Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri
12 mart 2020 – 27 oktyabr 2025
SonrakıFərid Talıbov
16 avqust 2011 – 15 yanvar 2019
ƏvvəlkiAzər Hüseyn
Şəxsi məlumatlar
Doğum tarixi 15 yanvar 1971(1971-01-15) (55 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Tsukuba Universiteti[d],
  • Sofiya Universiteti,
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti diplomat
Atası Qüdrət İsmayılzadə
Təltifləri "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Gürsel Qüdrət oğlu İsmayılzadə 15 yanvar 1971-ci ildə Bakı şəhərində anadan olub. Bakıda fars dili təmayüllü 62 saylı məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BDU Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsindən məzun olub.

1992–1993-cü illərdə AMEA Şərqşünaslıq İnstitutunda çalışıb. 1993-cü ildən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilib.

1996-cı ildən XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tokionun Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub. 2000-ci ildə Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorluq proqramına (Ph. D.) daxil olub, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2005-ci ildə Yaponiyadakı səfirliyimizdə birinci katib, 2006-cı ildə Səfirliyin müşaviri vəzifəsinə təyin edilib.

2010–201111-ci illərdə Xarici İşlər Nazirliyi İkinci (Şərq) Ərazi İdarəsinin müşaviri, nazirin katibliyinin müdiri və nazirin köməkçisi vəzifələrində çalışıb.

16 avqust 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib və 15 yanvar 2019-cu ildə həmin vəzifədən geri çağırılıb.

12 mart 2020-ci ildə yenidən Azərbaycan Respublikasının Yaponiyada Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib və 27 oktyabr 2025-ci ilədək həmin vəzifədə çalışmışdır.

9 iyul 2019-cu ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

İngilis, yapon, rus, ərəb dillərini bilir. Evlidir, bir övladı var.

Atası alim, arxeoloq Qüdrət İsmayılzadə tarix elmləri doktoru, professor, BDU Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri olmuşdur.

Xarici linklər

  • Gursel Ismayilzada and Hasan Murat Mercan: Press Conference — YouTube — Qarabağ müharibələrinə cavab olaraq Tokioda mətbuat konfransı 23.10.2020

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gürsel i̇smayılzadə sözünün mənası, gürsel i̇smayılzadə haqqında məlumat. gürsel i̇smayılzadə nədir? gürsel i̇smayılzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Soliqorsk

  • Fevral 27, 2026

    Paket meneceri

  • Mart 01, 2026

    Emanuel Lasker

  • Mart 01, 2026

    Çixura FK

  • Fevral 27, 2026

    Bağdadi

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst