Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Günəşli (əvvəlki adı: Kilsəli; digər tarixi adı: Ləzgilər Kilsəsi) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.

Günəşli (Kəlbəcər)

  • Ana Səhifə
  • Vikipediya
  • Günəşli (Kəlbəcər)

Günəşli (əvvəlki adı: Kilsəli; digər tarixi adı: Ləzgilər Kilsəsi) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.

Günəşli
40°07′08″ şm. e. 46°11′21″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Günəşli xəritədə
Günəşli
Günəşli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Mündəricat

Tarixi

Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın (əhalisi əsasən avarlar və laklardan ibarət olan) Çaroda (Çarodinskiy) rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. Kənd qədim kilsə yanında salındığı üçün adı 1992-ci ilə qədər Kilsəli idi. Bu kəndin yerləşdiyi ərazidə bir neçə qədim alban kilsəsi olduğuna görə kənd belə adlanırdı. Sonradan kəndin adı dəyişdirilib Günəşli qoyuldu. Kəndin ərazisi güney olduğundan həmişə günəşli olurdu. Ona görə də sonradan kənd Günəşli adlandırılıb.

Coğrafiyası

Kilsəli kəndi dağətəyi ərazidədir. Həmçinin Kilsəli kəndinin yaxınlığında (Əsrik kəndindən cənub-şərqdə), kəndin adını daşıyan Kilsəlidağ dağı da yerləşir. Dağın hündürlüyü 2301 m. təşkil edir. Oronim Kilsəli (ərazidəki kənd adı) və dağ komponentlərindən düzəlib, "Kilsəli kəndi yaxınlığındakı dağ" mənasındadır.

Yaylaqlar

Qaradağlı yurdu,Sadayın yurdu, Qaçaydüşən yurd, Bahadurun düzü yurd, Aslanlar yurdu, Atqoruğu yurdu, Qırqovullu yurd, Qalayçıgələn yurd, Taplar yurdu, Arpayeri yurdu, Maralatan yurd, Göyüşün yurdu, Qancıq dərəsinin yurdu, Binə dərəsinin yurdu, Tozluq yurd, Gölyeri yurdu, Quşyuvalıdüşən yurd, Kolxozdüşən yurd.

Bulaqlar

Qaradağlı bulağı, Orta bulaq, Soyuq bulaq, Fətiölən bulaq, Xəlillər tələsi bulağı, Kişmiş bulaq, Sarı bulaq, Şırşır bulaq, Göy bulaq, Ağ bulaq, Qalayçıgələn bulaq, Taplar bulağı, Göl yeri bulağı, Baxacaq bulağı, Turşsu bulağı, At qoruğu bulağı, Baldırğanlı bulaq, Xırman bulağı, Tələlər bulağı, Qaramallıx bulaq, Ağdaş bulağı, Yurdlar bulağı, Uçuqluq bulaq, Cərgə bulaq, Korca bulaq, Süleyman bulağı, Novlu bulaq, Alçalı bulaq, Qiblə bulağı, Daş bulaq, Seyidalı bulağı, Şırran bulağı.

Məşhur yerlər

Ağdaş, Tala, Qəbirstanlıq, Qırağındalı, Şişqaya, Dəyirman yeri, Dəyirmanın qabağı, Uçuqluq, Mahrasa, Şırşır, Quzey, Cərgə, Ulaslıq, Çüxur, Balacaçüxur, Qanadlar, Sarıdaş, Hininqayası, Buzluqdaşı, Donuzdamı, Mehriyeri, Fətiölən burun, Taplar, Qaradağlı dağı, Quşyuvası meşəsi, Kolxoz meşəsi, Donuz damı meşəsi, Sarıbulaq meşəsi, Ağdaş meşəsi, Qırağındalı meşə, Kolavat meşəsi, Xırmandaşı, Xırman yeri, Əzgilli tala, Alxaslı yurdu, Kolavat talası, Ayıvuranın ətəyi, Nişanqayası, Məmmədrza ayıvuran çüxur, Qaragöl, Biçənəyin boğazı, Sərhədsuyu yeri, Həmərsinlik, Topallıqaya, Godqoyulan, Körpülü dərə, Baxacaqqaya, Əmirin kolavatı, Böyükdüz, Dikdaş, Duzdaxlı, Pirin güneyi, Əhmədxanın yeri, Alçalı, Ağuludərə, Nəsifin yeri, Həcərin yurdu, Qəjəl, Ortadüz, Həşimin yeri, Qaradaş, Qaravəlli meşəsi, Qiblədaşı, Ocaqtəpə, Molla biçənəyi, Cinliqaya, Aşır qızıl tapan, Tələnin yolu, Tozluq meşəsi, Çeyilli, Seydin qızı qaçan xırman, Öküzuçan, Ağqayanın boynu, Topalbiçən, Damyeri, Mərəkqaya, Kuma, Kumanın gölü, Kilsəlisu, Sərhəd suyu, Aslanların suyu.

Binələr–Qışlaqlar

Alçalı binəsi, Tələ binəsi.

Həmçinin bax

  • Ağbulaq (Kəlbəcər)
  • Nəbilər (Kəlbəcər)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Günəşli (Kəlbəcər) haqqında məlumat. Günəşli (Kəlbəcər) nədir? Günəşli (Kəlbəcər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Taleh Qaraşov

  • Fevral 27, 2026

    Selevkilər sülaləsi

  • Fevral 26, 2026

    EBay

  • Fevral 27, 2026

    Melastomakimilər

  • Fevral 27, 2026

    Avropa cüyürü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst