Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Günəş paneli — üzərində günəş enerjisini çəkməyə yarayan bir çox günəş batareyası saxlayan bir enerji qaynağıdır. 8-24 panellik bir sistem, ehtiyac olan yerlərd

Günəş paneli

  • Ana Səhifə
  • Vikipediya
  • Günəş paneli

Günəş paneli — üzərində günəş enerjisini çəkməyə yarayan bir çox günəş batareyası saxlayan bir enerji qaynağıdır. 8-24 panellik bir sistem, ehtiyac olan yerlərdə bir evin bütün elektrik ehtiyacını qarşılaya bilər. Sənaye tətbiqləri və ya elektrik stansiyaları üçün minlərlə Günəş batareyasının istifadə edildiyi böyük sistemlər qurulmaqdadır. Günəş batareyasının performansı səmərəsi ilə ölçülər. Günəş paneli təsir nümayiş etdirən yarımkeçiricilərdən istifadə edərək, günəş radiasiyasını (günəş enerjisini) sabit cərəyan elektrik enerjisinə çevirir. Deqradasiya kimi tanınan proseslə əlaqədar olaraq, PV panelin göstəriciləri də vaxt keçdikcə azalacaqdır. Deqradasiya dərəcəsi ekoloji şəraitdən və panelin texnologiyasından asılıdır. Lazımi qaydada layihələndirilmiş PV elektrik stansiyasının, adətən, 77%-86% civarında olan (illik orta MƏ 82%-dir) məhsuldarlıq əmsalı (MƏ) elektrik stansiyasının istismar dövrü ərzində deqradasiyaya uğrayacaqdır. Ümumiyyətlə, keyfiyyətli PV modullarının faydalı istismar dövrünün 35–40 il davam etməsi gözlənilə bilər.

Günəş paneli

İnvertorlar

Günəş paneli üçün invertorun əsas funksiyası günəş panelinin istehsal etdiyi sabit cərəyan enerjisini dəyişən cərəyan enerjisinə çevirməkdir. Mərkəzi invertorun sahəsi təxminən 1-2 m x 2-3 m təşkil edir və adətən 3 metrə qədər hündürlükdə olur. Mərkəzi invertorlarla müqayisədə ardıcıl qoşulmuş günəş panelləri invertoru bir neçə üstünlüyə malikdir. Buraya əsasən qurğu seksiyalarında nasazlıqlar baş verdiyi və ya istismar göstəriciləri aşağı düşdüyü təqdirdə, texniki xidmət imkanlarının asan, ehtiyat gücün də böyük olması daxildir. Sıra ardıcıl olaraq bir-birinə birləşdirilmiş və invertora (ardıcıl qoşulmuş günəş panelləri invertoruna) qoşulmuş günəş paneli qrupundan ibarətdir. Ardıcıl qoşulmuş günəş panelləri invertoru təxminən 1 m x 0,5 m sahəni tutur və 1 metrədək hündürlükdə olur. İnvertorlar AG/OG transformatorundan, elektrik panellərindən və OG paylayıcı qurğusundan ibarət olan, “OG elektrik/transformator stansiyası” kimi tanınan sistemə birləşdirilir. Mərkəzi invertorlardan istifadə edilərsə, onlar OG stansiyasına inteqrasiya olunacaqdır. OG stansiyaları daha çox uzunluğu 5 – 8 m, dərinliyi 2 – 3 m və hündürlüyü 3 m olan konteynerdə yerləşdirilir. OG elektrik stansiyasının daxilindəki transformatorun nominal gücü qoşulmuş invertorların nominal gücünə uyğun olaraq qabaqcadan müəyyənləşdirilir. Günəş panelində istehsal olunan elektrik enerjisi enerjinin aşağı gərginlikdə DC enerjidən AC enerjiyə dəyişdiyi və sonra OG stansiyaları vasitəsilə orta gərginliyə qaldırıldığı invertorların girişinə ötürülür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Günəş paneli haqqında məlumat. Günəş paneli nədir? Günəş paneli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Həvari Pavel

  • Fevral 23, 2026

    Osmanlı

  • Fevral 24, 2026

    Kaspi (qəzet)

  • Fevral 23, 2026

    Lənkəran

  • Fevral 23, 2026

    Maldiv arxipelaqı

Trend Mahnılar
  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst