Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Günəş günü (kor. 태양절, theyancol) — Şimali Koreyada dövlət bayramı. Bayram Şimali Koreyada "Xalqın Günəşi" tituluna layiq görülən keçmiş prezident Kim İr Senin d

Günəş günü

  • Ana Səhifə
  • Vikipediya
  • Günəş günü

Günəş günü (kor. 태양절, theyancol) — Şimali Koreyada dövlət bayramı. Bayram Şimali Koreyada "Xalqın Günəşi" tituluna layiq görülən keçmiş prezident Kim İr Senin doğum günü münasibətilə 15 aprel tarixində qeyd olunur. Günəş günü ölkədəki ən əhəmiyyətli bayramdır və Şimali Koreyada Milad bayramıyla bərabər sayılır.

Günəş günü
Kim İr Senin portreti
Kim İr Senin portreti
Rəsmi adı 태양절
Ölkə  Şimali Koreya
Növ Milli
Həsr olunub ad günü
Tarix 15 aprel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kim İr Senin 1968-ci ildən bəri rəsmi bayram olduğu doğum günü, ölümündən üç il sonra, 1997-ci ildə Günəş günü adlandırıldı.

Hökumət öz vətəndaşlarına daha çox ərzaq və elektrik ilə təmin etməyə çalışır, lakin müvəffəqiyyət həmişə tam qarantiyalı deyil. Xüsusilə uşaqlar, rəhbərləri tərəfindən göstərilən sevgini simvolikləşdirmək üçün konfet və digər hədiyyələr alırlar.

Şənliklər tarixi ilə məhdudlaşmır. Anmalar Kim Çen İrin ad günündə, 16 fevral tarixindən başlayır. Bu bayram Sadiqlik Festivalı adlanır. Günəş gününə yaxın vaxtlarda, aprel ayında keçirilən qeyd etmələr Günəş Festivalı adlanır. Bayram üç günlükdür.

Mündəricat

Arxa plan

Kim İr Sen 15 aprel 1912-ci ildə hal-hazırkı Pxenyan şəhərində anadan olmuşdur. İr Sen həmişə günəşlə əlaqələndirildi və tez-tez "Xalqın Günəşi" adlandırılırdı. Kim, İr Sen adını 1930-cu illərdən əvvəl almışdır. İr Sen (kor. 일성) Koreya dilində "Günəşə çevrilmək" deməkdir.

Tarixi

Kim İr Senin doğum günü 1968-ci ildən bəri Şimali Koreyada bayram kimi qeyd olunur, lakin 1974-cü ildə dövlət səviyyəli bayram statusu verilmişdir. 8 iyul 1997 tarixində bayram rəsmi olaraq "Günəş günü" adlandırıldı. Bu qanun Koreya İşçi Partiyasının Mərkəzi Komitəsi, Mərkəzi Hərbi Komissiyası, Milli Müdafiə Komissiyası, Mərkəzi Xalq Komitəsi və Koreya Xalq Demokratik Respublikasının Administrasiya Şurası tərəfindən qəbul edilmişdir. Həmin tarixdə Kim İr Senin doğum günündən başlayan Şimali Koreya təqvimi də qəbul edilmişdir.

Sadiqliq Festivalı

16 fevralda Parlayan ulduz günü adlanan oxşar bir bayram keçirilir. Bu bayramda keçmiş lider Kim Çen İrin doğum günü qeyd edilir. Günəş günü və Parlayan ulduz günü arasındakı iki aylıq müddət Sadiqliq Festivalı adlanır.

Həmçinin bax

  • Koreya milli azadlıq günü
  • Gül bayramı

Xarici keçdilər

  • Vikianbar Vikianbarda Günəş günü ilə əlaqəli mediafayllar var.
  • Günəş günü 2017-05-31 at the Wayback Machine Naenara-da
  • 2012 əsrin qeyd etmələrindən şəkillər The Atlantic-də
  • Şimali Koreyanın raketləri 2017 günəş günü paradında nümayiş olundu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, günəş günü sözünün mənası, günəş günü haqqında məlumat. günəş günü nədir? günəş günü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Qırğız dili

  • Fevral 27, 2026

    Xaşxaş

  • Mart 01, 2026

    Mərənd xanlığı

  • Fevral 27, 2026

    Mie prefekturası

  • Fevral 27, 2026

    Şərq məsələsi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst