Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gümrah Kərim oğlu Rəhimov 1944-cü ilin dekabrında Borçalı rayonunun Sarvan kəndində anadan olmuşdur. 1952-ci ildə Marneuli Pedaqoji Texnikumu nəzdindəki ibtidai

Gümrah Rəhimov

  • Ana Səhifə
  • Vikipediya
  • Gümrah Rəhimov

Gümrah Rəhimov — Azərbaycan aktyoru, Azərbaycan SSR Dövlət Mükafatı laureatı.

Gümrah Rəhimov
Digər adı Gumrah Rəhimov
Doğum tarixi 17 dekabr 1944(1944-12-17)
Doğum yeri Sarvan, Borçalı
Vəfat tarixi 26 mart 1994(1994-03-26) (49 yaşında)
Fəaliyyəti aktyor
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı
IMDb ID0706501

Mündəricat

Həyatı

Gümrah Kərim oğlu Rəhimov 1944-cü ilin dekabrında Borçalı rayonunun Sarvan kəndində anadan olmuşdur. 1952-ci ildə Marneuli Pedaqoji Texnikumu nəzdindəki ibtidai məktəbin birinci sinfinə getmiş, 1956-cı ildə 1 nömrəli Marneuli Azərbaycan orta məktəbinin 5-ci sinfinə keçib, 1963-64-cü tədris ilində həmin məktəbi bitirir. Uşaqlıqdan məlahətli səsə malik olan balaca Gümrah, elə uşaq yaşlarından çalıb-oxumağı (əsasən hind və qədim Türk mahnılarını) sevirdi. Buna görə də böyük qardaşlarının məsləhətilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə verir və oraya da daxiı olur.

Gümrah Rəhimov institutu müvəffəqiyyətlə qurtarıb, təyinatla Cəfər Cabbarlı adına kino studiyasının aktyorluq şö’bəsinə işə götürülür. İşlədiyi az bir müddət ərzində 44 filmdə böyük və kiçik, lakin yaddaqalan rollar oynamışdır.

Aktyor Gümrah elə olurdu ki, bir ildə iki, bə‘zən isə uç filmdə çəkilirdi.

Gümrah Rəhimov “Qaçaq Nəbi” filmində Tunc Vəli obrazına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

Gümrah Rəhimov istər kinoda, istərsə də teatrda bir çox unudulmaz rollar özgünluyü ilə fərqlənmişdir.

Sözlərimizə misal olaraq “Bəyin oğurlanması” , “Dədə Qorqud” , “Qaçaq Nəbi” , “Qərib Cinlər ölkəsində” , “Tütək səsi” , “Babək” , “Nəsimi” filmlərini göstərə bilərik.

Gümrah Kərim oğlu istedadının daha da püxtələşdiyi bir dövrdə 1994-cü il martın 26-sı həyatdan köçdü.

Filmoqrafiya

  1. 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
  2. Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-rol: Kərbəlayinin adamı
  3. Alıcının sərgüzəşti (film, 1976)
  4. Arxadan vurulan zərbə (film, 1977)
  5. Asif, Vasif, Ağasif (film, 1983)
  6. Babək (film, 1979)
  7. Bəyin oğurlanması (film, 1985)
  8. Birisigün, gecəyarısı... (film, 1981)
  9. Cin mikrorayonda (film, 1985)
  10. Dairə (film, 1985)
  11. De ki, məni sevirsən! (film, 1977)
  12. Dədə Qorqud (film, 1975)
  13. Dərviş Parisi partladır (film, 1976)
  14. Doğma sahillər (film, 1989)
  15. Firəngiz (film, 1975)
  16. Gecə qatarında qətl (film, 1990)
  17. Gözlə məni (film, 1980)
  18. Gümüşü furqon (film, 1982)
  19. Xatirələr sahili (film, 1972)
  20. Xüsusi vəziyyət (film, 1986)
  21. İşarəni dənizdən gözləyin (film, 1986)
  22. İstintaq (film, 1979)
  23. Köhnə bərə (film, 1984)
  24. Qanlı zəmi (film, 1985)
  25. Qara "Volqa" (film, 1994)
  26. Qara gölün cəngavərləri (film, 1984)
  27. Qayınana (film, 1978)
  28. Qəm pəncərəsi (film, 1986)
  29. Qərib cinlər diyarında (film, 1977)
  30. Qəzəlxan (film, 1991)
  31. Qızıl uçurum (film, 1980)
  32. Layiqli namizəd (film, 1984)
  33. Nəsimi (film, 1973)
  34. Od içində (film, 1978)
  35. Onun bəlalı sevgisi (film, 1980)
  36. Ömrün ilk saatı (film, 1973)
  37. Öpürəm (film, 1988)
  38. Sahilsiz gecə (film, 1989)
  39. Şeytan göz qabağında (film, 1987)
  40. Şir evdən getdi (film, 1977)
  41. Tələ (film, 1990)
  42. Tütək səsi (film, 1975)
  43. Yanlış da bir naxışdır (film, 1984)
  44. Yeni iş üsulu (film, 1989)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gümrah Rəhimov haqqında məlumat. Gümrah Rəhimov nədir? Gümrah Rəhimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xaçmaz (Oğuz)

  • Fevral 27, 2026

    İlam

  • Fevral 27, 2026

    Tunc

  • Fevral 27, 2026

    Sindhi dili

  • Fevral 27, 2026

    Lətifə Əliyeva

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst