Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1454-cü ildə dünyaya gəldi. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya

Gülrux Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Gülrux Xatun

Gülruh Xatun (16 aprel 1454 – 3 iyun 1528, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından.

Gülruh Xatun
osman. گُل رُخ خاتون‎
Dəfn edildiyi Gülruh Xatun türbəsinin interyeri - Muradiyə külliyəsi, Bursa
Dəfn edildiyi Gülruh Xatun türbəsinin interyeri - Muradiyə külliyəsi, Bursa
Şəxsi məlumatlar
Doğum tarixi 16 aprel 1454(1454-04-16)
Vəfat tarixi 3 iyun 1528(1528-06-03) (74 yaşında)
Vəfat yeri Bursa, Osmanlı imperiyası
Dəfn yeri Muradiyə külliyəsi, Bursa
Fəaliyyəti qul[d]
Həyat yoldaşı II Bəyazid
Uşaqları Şahzadə Aləmşah
Qəmərşah Sultan
Ailəsi Osmanlı xanədanı

Mündəricat

Həyatı

1454-cü ildə dünyaya gəldi. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Əbdülhay qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1476-ci ildə Qəmərşah Sultanı, 1477-ci ildə isə Şahzadə Aləmşahı dünyaya gətirdi.

Oğlunun 1490-cı ildə Mentəşə sancaqbəyi təyin edilməsinin ardından, onunla birlikdə Mentəşəyə, 1502-ci ildə Manisaya təyin edilməsiylə isə Manisaya yollandı. Oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərilir.

Oğlu Şahzadə Aləmşah 1503-cü ildə anidən vəfat etdi. Cənazəsi Bursadakı Muradiyə külliyəsinə gətirilərək Cem Sultan türbəsinə, əmiləri Şahzadə Mustafa və Cem Sultanın yanında dəfn edildi. Gülruh Sultan qalan ömrünü Bursada yaşadı və 1528-ci ildə burada vəfat etdi. Cənazəsi Muradiyə külliyəsində öz adına inşa etdirdiyi türbəyə - qızının yanına dəfn edildi.

Övladları

  • Şahzadə Aləmşah
  • Qəmərşah Sultan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gülrux Xatun haqqında məlumat. Gülrux Xatun nədir? Gülrux Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mozilla Thunderbird

  • Fevral 27, 2026

    Haylend (rəqs)

  • Fevral 27, 2026

    AXCP

  • Fevral 26, 2026

    Texnokratiya

  • Fevral 23, 2026

    Antropologiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst