Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gülrux Əlibəyli və ya Gülrux Əlibəyova (tam adı: Gülrux Sabir qızı Əlibəyli;12 yanvar 1928, Bakı – 15 fevral 2016, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü

Gülrux Əlibəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Gülrux Əlibəyli

Gülrux Əlibəyli və ya Gülrux Əlibəyova (tam adı: Gülrux Sabir qızı Əlibəyli;12 yanvar 1928, Bakı – 15 fevral 2016, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1967), ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1974), professor (1978).

Gülrux Əlibəyli
Şəxsi məlumatlar
Doğum tarixi 12 yanvar 1928(1928-01-12)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 15 fevral 2016(2016-02-15) (88 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Təhsili
  • Sankt-Peterburq Dövlət Universiteti
Fəaliyyəti yazıçı, ədəbi tənqidçi
Elmi fəaliyyəti
Elm sahəsi ədəbiyyatşünaslıq
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru

Mündəricat

Həyatı

Gülrux Əlibəyli 12 yanvar 1928-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetində şərqşünaslıq fakültəsini bitirib. Daha sonra 1954–1958-ci illərdə Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib.

Fəaliyyəti

Gülrux Əlibəyli Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1947–1952-ci illərdə müəllim kimi çalışıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda 1958–1961-ci illərdə kiçik elmi işçi, yenə orada 1961–1962-ci illərdə böyük elmi işçi olaraq işləyib. Eyni zamanda 1962-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim olub.

Gülrux Əlibəyli 1962–1965-ci illərdə Azərbaycan Mədəniyyət nazirinin müavini, 1965–1971-ci illərdə isə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərib. Həmçinin o, 1971–1974-cü illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda əvvəlc baş müəllim, sonra isə fəlsəfə 1974–1989-cu illərdə fəlsəfə kafedrasının professoru olub.

Habelə G. Əlibəyli bir müddət ədəbi yaradıcılıqla məşğul olmuşdur. O, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii şuranın, Kinomatoqrafiya ittifaqının, BDU-nin ədəbiyyat nəzəriyyəsi üzrə elmi dərəcə verən ixtisaslaşmış müdafiə şurasının üzvü olmuşdur. Gülrux Əlibəyli 2009-cu ildən Slavyan Universitetinin Yaradıcılıq prosesi fakültəsinin professorudur.

Gülrux Əlibəyli tələbəlik illərindən dövri mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir. İndiyədək 500-dən artıq çox məqalə, esse, ədəbi portret çap etdirmişdir. Azərbaycan və keçmiş Sovet ədəbiyyatının nəzəri problemlərinə, estetika və bədiilik məsələlərinə dair əsərlərin, ədəbi-tənqidi məqalələrin müəllifidir.

Gülrux Əlibəylinin ilk ədəbi məqaləsi 1958-ci ildə Moskvda "Ədəbiyyat Məsələləri" jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də, kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. G. Əlibəyli xeyli sayda beynəlxalq konfransların, elmi simpoziumların, o cümlədən, Beynəlxalq Pen Klubun toplantısının iştirakçısı olub.

Kitabları

  • Düşünən dünyamız (1980)
  • Çırpınan dünyamız (2000)
  • Dəyişən dünyamız (2001)
  • Dağılan dünyamız (2002)
  • Həyat səhifələri (2003)
  • Axtarışlar, kəşflər (1970)
  • Xoşbəxtliyin bir günü (2009)
  • Azərbaycanda mədəni inqilab (1990)
  • Amalya Pənahovanın yaradıclığı (ədəbi portret, 2004)

Ölümü

Gülrux Əlibəyli 15 fevral 2016-cı ildə Bakı şəhərində vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gülrux əlibəyli sözünün mənası, gülrux əlibəyli haqqında məlumat. gülrux əlibəyli nədir? gülrux əlibəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Socar AQŞ

  • Mart 06, 2026

    Dan

  • Fevral 27, 2026

    Aviasiya sənayesi

  • Fevral 27, 2026

    Alveolata

  • Fevral 27, 2026

    Jay-Z

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst