Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müqəddəs Olqa kilsəsi — Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən 1878-ci ildə tikilmiş kilsə və tarix memarlıq abidəsi.

Göytəpə kilsəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Göytəpə kilsəsi

Müqəddəs Olqa kilsəsi — Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən 1878-ci ildə tikilmiş kilsə və tarix memarlıq abidəsi.

Müqəddəs Olqa kilsəsi
Ölkə  Azərbaycan
Şəhər Cəlilabad rayonu
Yerləşir Göytəpə
Tikilmə tarixi 1878
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4177
KateqoriyaKilsə
ƏhəmiyyətiYerli əhəmiyyətli
39°06′48″ şm. e. 48°35′45″ ş. u.HGYO
Xəritə
Göytəpə kilsəsi (Azərbaycan)
Nöqtə
Göytəpə kilsəsi

Kilsə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Mündəricat

Tarixi

Rusiya imperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal etdikdən sonra bölgədə özünə dayaq yaratmaq məqsədilə bura xristianları köçürməyə başladı. İndiki Cəlilabad rayonunun ərazisinə də Rusiyadan pravoslav kəndlilər köçürüldülər və burada onlar üçün Astarxanovka, Tatyanovka, Nikalayevka, Petrovka, Privolnaya kimi kəndlər salındı. 1840-cı illərdə Həştərxan quberniyasının Prişib kəndindən olan molokanlar Göytəpə mahalına gələrək burada Prişib kəndinin əsasını qoyublar.

1864-cü ildə 33-cü Qvardiya alayının Göytəpə mahalına köçməsi nəticəsində burda alayın zabitlərinin yaşadığı Mixaylovskaya kəndi salınıb. Onların dini ehtiyaclarını ödəmək üçün burada əvvəlcə taxtadan kilsə tikiblər. 1868-ci il aprelin 30-da Pasxa bayramı günü taxta kilsənin yerində qırmızı kərpicdən yeni və daha böyük kilsənin tikintisinə başlanılıb. Təməlqoyma mərasimində Rusiya çarının Qafqazdakı canişini Mixail Romanov və onun həyat yoldaşı Olqa Fyodorovna da iştirak ediblər. Mixaylovskaya kəndi sonradan Pravoslavnoe adını alıb. 1898-ci il iyunun 8-də Prişib və Pravoslavnoe kəndləri birləşdirilib.

Sovet işğalından sonra Azərbaycanda 1928-ci ildə rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Müqəddəs Olqa kilsəsi də bu 1933-cü ildə ibadətə bağlanıb. Kilsənin keşişi İvan Qançev isə güllələnib.

Kilsənin binasından hərbi anbar, məktəb anbarı kimi istifadə olunub.

Azərbaycan müstəqlilliyini yenidən bərpa etdikdən sonra 1995–1999-cu illərdə kilsədə bərpa işləri aparılıb. Kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Kilsənin birinci mərtəbəsində Göytəpə şəhər kitabxanası yerləşir.

1933-cü ildən sonra ilk dəfə 2018-ci ildə Pasxa bayramı münasibətilə kilsədə Andrey atanın rəhbərliyi ilə dini ayin keçirilib.

Memarlığı

Altı günbəzdən ibarət olan kilsənin tikintisi yerli memarlar tərəfindən aparılıb. Kilsənin altından keşişin evinə doğru uzanan yeraltı yol mövcud olub. Uzun müddət istifadə olunmadığı üçün yeraltı yol dağılıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Göytəpə kilsəsi haqqında məlumat. Göytəpə kilsəsi nədir? Göytəpə kilsəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Açireale

  • Fevral 10, 2026

    Ensiklopediya

  • Fevral 10, 2026

    Fəzail Ağamalı

  • Fevral 28, 2026

    Masselboro

  • Mart 01, 2026

    Məmmədəli Əliyev

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst